Azərbaycan Elm Assosiasiyası Qafqaz Point Hotel-də 9 dekabr 2018-ci il tarixində saat 11:30-da “IoT – Əşyaların İnterneti: İnformasiya Texnologiyalarının Əsasları” mövzusu üzrə seminar keçirəcək.

“Əşyaların İnterneti” sensorlarla və birlikdə işləmək üçün internetlə təmin olunmuş, bizim nə etdiyimizi bilən və avtomatik çalışıb bizim həyatımızı asanlaşdıran gündəlik cihazların nəhəng sistemidir. Bu elə bir sistemdir ki, internetə çıxışı olan bütün obyektlər bir-biri ilə unikal tanışlıq və informasiyanı bir-birinə internet üzərindən ötürmək imkanı ilə təmin olunub. Başqa sözlə, bu sistemdə insan-insan və ya insan-kompüter əlaqəsinə ehtiyac olmur. Əgər hər hansısa bir cihaz və ya obyektin internetə çıxışı varsa onu “Əşyaların İnterneti”nin bir hissəsi hesab etmək olar.

Seminar çərçivəsində IoT-də istifadə olunan texnologiyalar və modullar haqqında məlumat veriləcək. Eyni zamanda IoT simulyatorları barədə də danışılacaq. Son olaraq, smart sensorlar və onların IoT-də yeri mövzusuna toxunulacaq.

Təqdimatçı – Anar Mansurov 

İştirak pulsuzdur