“Müşfiqli dünya” ədəbi-bədii gecə

Dekabrın 21-də Heydər Əliyev Sarayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Mikayıl Müşfiqə həsr olunmuş “Müşfiqli dünya” ədəbi-bədii gecə keçiriləcək. Azərbaycan Televiziyasının Mədəniyyət kanalı və Heydər Əliyev Sarayının birgə təşkilatçılığı ilə keçiriləcək gecədə əsas sözü Mikayıl Müşfiq poeziyası və ölməz şairin sözlərinə yazılan nəğmələr deyəcək.
Ədəbi-bədii gecədə Respublikanın Xalq artistləri Zaur Rzayev, Ramiz Quliyev, Gülyaz Məmmədova, Nazpəri Dostəliyeva, Gülyanaq Məmmədova, Əməkdar artistlər Anar Şuşalı, Almaz Orucova, Nurlan Növrəsli, Lalə Məmmədova, Babək Niftəliyev, Azərbaycan Televiziya və Radiosunun solistləri Zabitə Alıyeva, Arzu Əliyeva, Sərxan Bünyadzadə, Pərviz Qasımov, Səbinə Ərəbli, İlkin Əhmədov, Ayşən Mehdiyeva, Məmməd Nəcəfov, Nadir Qafarzadə, Günay İmamverdiyeva, Abgül Mirzəyev, Aytən Məhərrrəmova, Könül Məmmədli və V.Mustafazadə adına “Sevil” vokal instrumental qrupu çıxış edəcəklər. 
Mikayıl Müşfiq qısa ömrünə baxmayaraq, orijinal əsərləri ilə Azərbaycan ədəbiyyatında dərin iz qoydu, qədim və qüdrətli Azərbaycan poeziyasında öz yolunu yaratdı. Mikayıl Müşviq 29 illik kiçik ömrə sığışan böyük sənət uğurları, qeyri adi yaradıcılığı ilə bu gündə insanları düşündürür, heyrətləndirir və sevindirir.
Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 10-50 manat təşkil edir.
Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından,www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz. 
Əlaqə telefonları: (012) 441-21-31, (050) 332-36-30