Texno musiqisi onun üçün müxtəlif təzadlardan ibarət bir substansiya kimi formalaşmışdır. İnsanla texnologiyanın dostlaşması hislərin və texniki dəqiqliyin birləşməsinə gətirib çıxardı. Bu xüsusiyyətlər rus DJ və Prodüser Unbalance-ın musiqisini ən yaxşı formada təsvir edir. 

O, 2008-ci ildən başlayaraq bir neçə il ərzində özünəməxsus zövqünü yaratmışdır. Onun musiqisində siz, güclü duyğular və industrial mövzuların ideal simbiozunu hiss edə bilərsiniz. 

Eyniadlı leyblda Unbalance, işıq üzü görən trekləri ilə öz ideyalarını tamamilə reallaşdıra bilmişdir. Yeni səslənmə ilə o, Berghain və Tresor kimi dünya texno mədəniyyətinin mərkəzlərini ələ keçirmişdir. 

Texno səhnəsinin kifayət qədər təcrübəli üzvlərindən dəstək alaraq Unbalance, öz ideyalarını inkişaf etdirdi, əhatəsini genişləndirdi və yeni birgə layihələrə imza atdı. Hal-hazırda onun diskoqrafiyasında ARTS, PoleGroup, Rawax, Solid Groove kimi fundamental leybllarda işıq üzü görmüş vinil relizləri var. O, həm də Steffi tərəfindən hazırlanmış əfsanəvi Fabric seriyasına da trek yazmaqla öz qatqısını göstərmişdir. 

Öz çıxışlarında Unbalance, müxtəlif dövrlərin texno musiqisini birləşdirməyə çalışır; klassik texnodan başlayıb, futuristik səslənmədən ilhamlanıb və bunları yeni texno dalğası ilə birləşdirərək özünəməxsus musiqi ərsəyə gətirir. Və bu onun obrazını formalaşdırır. Onun çıxışlarının stilistikası öz yazdığı musiqilərə çox yaxındır. Onun musiqisi bağlı parti və ya böyük rave olmağından asılı olmayaraq rəqs meydançasında təkraredilməz ab-hava yaradır.