Bakı Mühəndislik Universitetində keçirilən rəsmi TEDxBEU tədbiri

Tarix: 23.12.2018 
Mövzumuz: Z’dən A’ya 
Məkan: Bakı Mühəndislik Universiteti, Rektorluq Binası, Akt zalı.

1984-cü ildən həyatımıza sürətlə daxil olan, həyatın hər sahəsindən, bütün aspektlərdən “paylaşmağa dəyər fikirlər” i bütün dünya ilə bölüşməyə şərait yaradan TED bu gün milyonlarla izləyiciyə sahibdir. Hər iki ildən bir Kaliforniyada, Montereydə təşkil olunan rəsmi TED konfransı dəvət etdiyi “düşünən beyinlər”ə öz fikirlərini paylaşıb, ilham vermək üçün 18 dəqiqə hədiyyə edir.
Bu gün TED paylaşmağa dəyər, ilham verən fikirlər, möhtəşəm bağlantılar, yeni tanışlıqlar və bu qeyri-adi səyahət bütün dünya üzərində yayılsın və təşviq etsin deyə, üçüncü şəxslərə rəsmi icazə - TEDx lisenziyasını verir.