Slava Finist musiqi fəaliyyətini 1988-ci ildə “Studiya Sokol” klubunda başlayıb. Həmin vaxtlarda ilk elektronik musiqi qrupları burada çıxış etməyə başlamışdılar. Demək olar ki, Rusiyanın bütün inkişaf etmiş gəncləri də məhz bu klubda toplaşır və əylənirdilər.

Slava 92-93-cü illərdə o vaxtların ən birinci radiostansiyalarından olan “M – radio” da canlı yayına çıxırdı. O, 1994-cü ildən etibarən “Manxetten Ekspress” klubunun rezidentidir.

95-96-cı illərdə mütəmadi olaraq Moskva Gənclər Sarayında “Independence” adı altında tədbirlər təşkil edirdi. Bu tədbirlər rave mədəniyyətinin kütləvi bir fenomen kimi formalaşmasında böyük rol oynayıblar.

Finist 1997-ci ildən etibarən ölkə üzrə müxtəlif böyük miqyaslı tərbirlərdə iştirak etməyə başlamışdır.

Hal-hazırda Slava Finist Rusiya elektronik musiqi səhnəsinin ən dəyərli artistlərindən biridir. Kifayət qədər böyük təcrübəsi ilə o, Rusiyanın ən yaxşı musiqi tədbirlərində iştirak etməklə elektronik musiqi mədəniyyətində aktiv şəkildə iştirak etməyə və töhvəsini verməyə davam edir.