Hektor Berliozun "Fantastik simfoniyası" (1830, – "Rəssamın həyatından epizod") – ilk romantik proqramlı simfoniyadır. Burada dövrün tipik əhval ruhiyyəsi əks olunub (reallıqla barışmamazlıq, yüksək emosionallıq və həssaslıq). Rəssamın subyektiv təəsüratları simfoniyada ictimailəşdirilir, uğursuz məhəbbət faciə səviyyəsində dəyərləndirilir. Bəstəkarın 5 hissədən ibarət bu məşhur simfoniyasının hər hissəsinin öz adı var:
    •    Xəyallar – Ehtiraslar (Reveries – Passions)
    •    Bal səhnəsi (Un bal)
    •    Tarlalarda səhnə (Scène aux champs)
    •    Edama yürüş (Marche au supplice)
    •    Qara qüvvələrin bayram gecəsi yuxu (Songe d’une nuit de sabbat)


Pyotr İliç Çaykovskinin bütün məşhur skripkaçıların repertuarını bəzəyən skripka və orkestr üçün konserti 1878-ci ildə (D dur , op 35) yazılmışdır.