2019-cu il mayın 29-da keçiriləcək final oyununa hazırlıq məqsədilə 22 dekabr – 7 yanvar tarixləri arasında Bakıda UEFA Avropa Liqasına həsr olunmuş muzey yaradılacaq. Ürəyi futbolla döyünənlər və Avropa Liqası tarixinin unudulmaz anlarına toxunmaq istəyənlər 17 gün ərzində fəaliyyət göstərəcək muzeydən zövq ala biləcəklər.