SEMİNARDA NƏYİ ÖYRƏNƏCƏKSİNİZ?

Bu seminar müasir rəqəmsal marketinqin, rəqəmsal displeylər (desktop, notbuk, planşet, smartfon) üçün reklam formatlarının və axtarış sistemlərində marketinqin müxtəlif aspektlərini əhatə edir. Mövzulara rəqəmsal marketinq strategiyasını qurmaq və onu hədəf qrupunuza uyğunlaşdırmaq daxildir. Siz marka populyarlığını artırmaq, müştəriləri cəlb etmək və gəliri artırmaq üçün rəqəmsal marketinq vasitələrini necə istifadə edəcəyiniz haqqında məlumatı öyrənəcəksəniz.

SEMINARDA AŞAĞIDAKI MÖVZULARA TOXUNULACAQ:

Rəqəmsal marketinqin əsasları
Açarsözlərin axtarışı və strategiya
Axtarış sisteminin optimizasiyası
Pay Per Click (PPC) və mobil marketinqi
Rəqəmsal Marketinq strategiyası və təhlil
SEMİNAR KİMLƏR ÜÇÜN NƏZƏRDƏ TUTULUB?

* Sahibkarlar
* İdarəçilər
* Marketinq üzrə direktor və menecerlər
* Marketinq mütəxəssisləri.

ÜSTÜNLÜKLƏR VƏ SEMİNARDA İŞTİRAKIN QİYMƏTİ

İştirakçı sayı məhdud olduğuna görə qeydiyyatdan keçənlər arasında seçim aparılacaq və yalnız seçilənlər tədbirə dəvət olunacaq.

* Seçim turundan keçməklə siz seminarda pulsuz iştirak etmək imkanı əldə edirsiniz
* Həmçinin həmkarlarınızla ünsiyyətdə olmaq və yeni əlaqələr qurmaq imkanı əldə edirsiniz.

Seminarda iştirak haqqı: 0 AZN

Seminarın dili: Azərbaycan

TƏLİMÇİ HAQQINDA

İlham Əfəndiyev Motivasiya, Marketinq və Satış üzrə peşəkar mütəxəssisdir.
Son 20 ilə yaxın müddətdə o, Azərbaycanın ən iri media, reklam, aviasiya, telekommunikasiya və istehsal şirkətlərində çalışıb.
Azərbaycanın ən böyük şirkətlərin Satış, Marketinq və Müştəri Xidmətləri komandaları üçün 1000 saata yaxın təlim keçirib.
Çalışdığı müddətdə 10 mln dollarlıq 100-dən artıq böyük və orta həcmli korporativ satış həyata keçirib.
İlham Əfəndiyev Azərbaycan, Rusiya və Hollandiyanın aparıcı təhsil ocaqlarında təhsil almışdır.
Hal-hazırda o, Təlimçi, Biznes Konsultant və Sahibkar kimi öz fəaliyyətini davam etdirir.

Ödənişsiz “Rəqəmsal marketinq” seminarı 30 dekabr 2018-ci il tarixində saat 11.30-dan 13.00-dək keçiriləcək.