Bakıda ilk dəfə olaraq, əfsanəvi dünya ulduzu Adriano Celentanonun 80
illik yubileyi şərəfinə keçiriləcək təkrarsız İtaliya layihəsi Celentano
Tribute Show nümayiş etdiriləcək. Adriano Celentanonun ən sevimli xitləri
və performansları Maurizio Schweizerin təqdimatında Azərbaycan
tamaşaçısına təqdim olunacaq.
Yarım əsrdir ki, Adriano Celentano İtaliya şou və musiqisinin ən
sevimlisidir. Nə etdiyinə baxmayaraq, o hər zaman təəccu ̈bləndirməyi
bacarır. Onun uğurlarını üç nəsil qeyd edir.
Celentano Tribute Show bir çox dünya ölkələrində konsert proqramı ilə
çıxış edərək, tamaşaçıları valeh edir. Buna misal olaraq, hər ay Moskvanın
Crocus City Hall konsert zalında keçirilən unudulmaz şouları qeyd etmək
olar.
Bundan başqa, şou ABŞ teatrlarında da böyük uğurla nümayiş etdirilir.
Fransa, Ukrayna, İspaniya, Latviya, Türkiyə, Qazaxıstan, Almaniya,
Moldova və sair ölkələrdə də uğur qazanan şou indi Azərbaycanda geniş
tamaşaçı kütləsinə ilk dəfə təqdim olunacaq.