Günlərin bir günü Lukas öyrənir ki, o, adi insan deyil – o nəhəng bir divdir. Bu xəbər onun həyatını əməlli-başlı dəyişir. Ən pisi isə odur ki, ilk dəfə divə çevrilmə məktəbdəki gecədə, hamının gözü qabağında baş verir. Öz soy kökünü araşdırmaq üçün, Lukas maraqlı və həyəcanlı divlər adasına yola düşür. Macəralar Lukasa fərqlənməyin elə də pis bir şey olmadığını başa salır və yeni, qeyri-adi ailəsini tapmağa kömək edir.