Fevralın 5-də "Premyer Minstr" qrupunun keçmiş solistləri - "PM" qrupu Bakıda "Enerji Club" səhnəsində təqdim ediləcək "20 il səhnədə" yubiley proqramı ilə çıxış edəcək. Konsertdə "Şimaldan olan qız", "Yaxşı niyə?", "Şərq", "İki briliant, üç karat" və s. kimi yeni mahnılar və qrupun ən yaxşı xitləri nümayiş olunacaq. "PM" qrupunun çıxışından sonra gecə qonaqlara nostalji hissi verəcək 90-cı illərin disko musiqiləri səslənəcək, o dövrün xarici pop musiqisinin xitləri ilə məşhur Dj-lər DJ Wave & Dj Dark çıxış edəcək.