NoQraviti Teatrı (İtaliya)

NoGravity Theatre italyan truppasının adı bilavasitə özündən bəhs edir. Artistlər sözün əsl mənasında fizikanın qanunlarını “tanımırlar”. Onlar havada süzür, daha dəqiq desək, rəqs edirlər – pərvazlanır, uçur, mayallaq aşır, müxtəlif naxışlar və həndəsi fiqurlar yaradırlar... Truppanın bədii direktoru Emiliano Pellisarinin yaradıcılıq üslubu öz mənbəyini ellinizm və İntibah dövrünün mədəniyyətindən götürür və italyan “möcüzə” teatrının ənənələrini əks etdirir. Bu, Florensiya, Roma və Milanda Bernardo Buontalenti və Leonardo da Vinçi kimi sənətkarların mühəndislik ixtiralarının incəsənətdə fəal şəkildə tətbiq edildiyi dövr idi...

 

Ariya / Aria

Lirik opera kimi qeyd edilən “Ariya” - levitasiya, musiqi və füsunkar barokko tamaşalarının sintezidir. Zərif kostyumlar, qəlbləri oxşayan xoreoqrafiya, musiqi poeziyası və ifa gözəlliyi – bütün bunlar çoxjanrlı quruluşda bir araya gəlib və burada mərkəzi və bərabər əhəmiyyətli rolları rəqqaslar, musiqiçilər və müğənnilər oynayır. Monteverdi, Vivaldi və Perqolezinin ariyaları nəhəng arılar, göylərdə üzən qayıqlar və hava ilə qaçan, dırmaşan və sürüşən insan cisimlərinin arxitekturası fonunda səslənir...

 

Rejissor: Emiliano Pellisari

Janr: barokko üslubunda musiqili şou və hava rəqsləri

Dil: italyan

Müddət: 120 dəqiqə (15 dəqiqəlik antraktla)

Yaş həddi: yoxdur