Mirzə Fətəli Axundzadə. “Hekayəti-xırsi-quldurbasan” Quruluşçu rejissor – Cənnət Səlimova Xalq Artisti Azərbaycan teatrının yaradıcılarından biri olan Mirzə Fətəlinin “Hekayəti-xırsi-quldurbasan” komediyası müəllifin bu əsərinin nəşrinin 150 illiyinə həsr olunur. Qəhrəmanların düşdüyü komik vəziyyətlər tamaşaçıya xoş ovqat aşılayır. İmkanlı ailədən olan qorxaq Tarverdi, evlənmək istədiyi gözəl Pərzad, bu qızı dərin məhəbbətlə sevən, yolunda ölümə hazır olan Bayram, qazanc əldə etmək üçün min cür oyun quran Zalxa və onun əri Namaz, səyahət edən Franz Fox, onun rəfiqəsi Mariya Adamovna və başqaları müxtəlif səhnə oyununda çox gülməli vəziyyətə düşürlər. Tamaşaya rəng qatan iki obraz da var: Ayı və Meymun. İnsanların bir-birinin başına açdıqları oyunlarda bu iki heyvanın da öz rolu, öz oyunu var. Gözəl musiqisi, geyimləri olan bu tamaşada tamaşaçı həm dincəlir, həm ürəkdolusu gülür, həm də müəllifin ağıllı ideyası ətrafında