Əziz valideynlər,

Sizi fevralın 3-ü Ədəbiyyat Klubu çərçivəsində yazıçı Reyhan Yusifqızı ilə "Mənim nağılım" adlı tədbirə dəvət edirik. Tədbir zamanı Reyhan Yusifqızının "Dostum Mimi" adlı kitabının təqdimatı olacaq, həmçinin uşaqlarınız üçün müəllif tərəfindən hazırlanmış xüsusi interaktiv proqram keçiriləcək.

Ən aktiv iştirakçı bizdən tematik hədiyyə qazanacaq.

Pedaqoq, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent, yazıçı Reyhan Yusifqızı uşaqlar üçün çox saylı fantastik povestlərin, elmi-kütləvi kitabların müəllifidir.

Yaş kateqoriyası (6-10)
Giriş sərbəstdir

3 fevral, saat 15:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi