IDEA İctimai Birliyi, Azərbaycan Skautlar Assosiasiyası - Association of Scouts of AzerbaijanAzərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundationun maliyyə dəstəyi ilə təşkil olunan "Təbiətin keşiyində" adlı növbəti düşərgəyə start verir.

IDEA-nın eko-skaut proqramı çərçivəsində təşkil edilən "Təbiətin keşiyində" düşərgələrinin əsas məqsədi gəncləri Azərbaycanın zəngin təbiəti, endem flora və faunası barədə məlumatlandırmaq, təbiəti qorumaq, təbiətin bəxş etdiyi sərvətlərdən qənaətlə və düzgün istifadə etməyi, həmçinin gənclərə vəhşi təbiətdə düzgün davranışı, ətraf mühitə ziyan vermədən düzgün istirahəti təşviq etməkdir.

Göygöl Milli Parkında 6-8 fevral tarixində baş tutacaq düşərgənin iştirakçıları üçün Milli parkın ərazisində eko-tur, marşrut boyu praktik təlimlər, hikinq, əyləncəli yarışlar, müsabiqələr keçiriləcək, həmçinin gəncləri musiqi, maraqlı ekoloji mövzularda fikir mübadilələri və s. surprizlər gözləyir.

Eko-skaut düşərgəsində iştirak etmək istəyənlər üçün şərtlər:

* Yaş həddi: 18-25

* Təhsil: Ətraf mühit və digər sahələrdə təhsil alan və ya təhsilini tamamlamış gənclər

!!! Qeyd edək ki, düşərgədə iştirak etmək ödənişsizdir. İştirakçılar nəqliyyat və qida ilə təmin olunacaqlar.

İştirakçı nəzərə almalıdır:

- Su keçirməyən rahat ayaqqabı;

- Qalın üst geyimi.

Düşərgədə iştirak etmək istəyənlər 29 yanvar 2019-cu il tarixinə qədər aşağıdakı linkdən qeydiyyatdan keçsinlər:
https://goo.gl/forms/3PHLXXVQBPEzrLv63

Əlavə məlumat üçün: Tel.: +(994 12) 4976316/ +(99455) 4935978