RƏNGLİ ŞƏHƏRİN BOZ SAKİNLƏRİ

Şəhərin bozluğunda itən, sevgini və azadlığı əks etdirən rəngləri görməzdən gələ bilməyənlər var. Kimliyin verdiyi məhdudiyyətlər, sərhədlər və divarlar bu rəngləri soldurub, bozlaşdırıb. Rəngli şəhərin boz sakinləri bu bozluqda ərimək istəmirlər əslində. Onlar mübarizə aparırlar. Təhülkədə olan cinsi kimliyə görə qarşılaşdıqları ayrıseçkilik hekayəsini bölüşmək cəsarəti bu sərhədləri aşır və oxşar hekayəsi olan LGBTQİ fərdlərinə güc verir.
Müəlliflər: Aslı İsmayılzadə, Aynur Abutalıbova, Nurlana İbrahimova, İsmayıl Əzimov
Çəkilmə yeri və ili: Bakı, 2018

GİRİŞ SƏRBƏSTDİR

--------------------------
QARA QUZU

Silahlı münaqişə zonasında yaşamağın gətirdiyini görünən və görünməz çətinlikləri hiss etmək üçün uşaqlara baxmaq kifayətdir. Tərtər rayonunda bir ailədə qalan qara quzu da ailənin növbəti uşağına bənzəyir. Digər uşaqlar kimi o da köməksiz və kövrəkdir. Film gənc ananın qarşılaşdığı məişət zorakılığı hekayəsi və əlilliyi olan uşağının qayğıları fonunda əksər ailələrin, yaşayan və doğulacaq uşaqların məhdudiyyətlərini çatdırır.
Müəlliflər: Aytac Bekməmmədova, Pərviz Məcidov, Elnur Musayev, Sevinc Səmədzadə
Çəkilmə yeri və ili: Tərtər, 2019

GİRİŞ SƏRBƏSTDİR