Filmin qəhrəmanı Hoja dünyanı görmək arzusu ilə böyüyür. Həyata realist baxan atası onu məcbur edir ki, bu faydasız fikirləri beynindən atsın və dərzilik sənətinə yiyələnsin.  Amma oğlan uzaq diyarlara səyahət arzusundan əl çəkmir. Günlərin bir günü o tacir ElFaze ilə rastlaşır. El Faze ona uçan xalçanı verməyə hazırdır, bir şərtlə ki, o sultanın hakimiyyətində olan böyük şəhərə uçmalı və onun nəvəsini geri gətirməlidir…