Mənzil , Azadlıq pr. və Həsən Əliyev pr. kəsişməsi...

Tip
Mənzil
Görüntü
Otaq
Əməliyyat tipi
Sataram
Azadlıq pr. və Həsən Əliyev pr. kəsişməsində ev kirayə verirəm.İlk öncə yerləşməsi barədə məlumat verim: Bina Bakının ən yaxşı infrastrukturu olan ərazidə yerləşir.Maşın saxlamaq üçün həyətdə çoxlu parking yerləri və qarajlar mövcuddur.Bina Milyonerlər məhləsinin düz yanindadır.Binanın düz yanında 3 böyük trenajor zalı var, Neftçi bazanın düz yanındadır. Binanın özünün altında Rahat supermarket, arxa və qabaqında Favorit supermarketləri , Kontinental və Çinar supermarketləri yerləşir. Yolun düz yanında 3 ayrı orta məktəb(258,36 və 47 saylı) var. Music Gallery, Asan Xidmətə və Grand hospitala 3 dəqiqəlik yoldur. Avtobus dayanacaqı binanın düz qabaqında yerləşir.Taxi ilə problem ola bilməz, çünki binanın özünün 5-6 şəxsi taxiləri var. Gənclik metrosuna piyada 15 , avtobusla 4 dəqiqəlikdir. Tibb və İqtisad univeristetinin(gənclik və semaşko korpusu) yanindadır. Mənzil haqda məlumat: 3 otaqlı orta təmirli mənzildir. 2 yataq otağı, 1 qonaq, 1 hamam, 1 tualet, 1 geniş balkon və mətbəxdən ibarətdir. Mebeller esl qoz ağacindan düzəldilmiş Belarusiya mebelləridir. Yataq otağının biri həyətə baxır, obirisi isə prospektə( prospektdən təxmini 20-25 metr aralıdadır, səs problemi yoxdur). Mətbəx və hamam tualet yeni kosmetik təmir olunmuşdur. Qonaq otağından balkona pryamoy çıxış var hansıki həyətə baxır. Su saatla gəlir bütün binada səhər saat 7dən-11ə kimi, axşam 6dan-10a kimi. Mənzilin özünün yarım(500l) tonluq bakı var, yəniki su problemi olmayacaqdır. Hamamda su tokla qızır. Mənzilin özünün istilik sistemi(отопления) var, qışda evi çox isti saxlayır. Qaz 24 saatdır, kartnandır. Mətbəx tam boş deyil, özünün qab qaşığı və qazanı, yəniki elementar lazım olacaq hərşey var. WIFI və KATV1 kabel hamısı yerindədir
164 000 ₼
Zeynal
Hərəkət

Oxşar elanlar

12:10, 15 oktyabr, №1606
13:43, 11 oktyabr, №1535