4 Great yaşayış kompleksi Bakı şəhəri, Nizami r., M. Abbasov küç., 13; 13A; 13B; 15 Verildi

Mümkün təkliflər

Sorğunuza uyğun heç nə tapılmadı

Kompleks haqqında
4 Great yaşayış kompleksi

4 GREAT yaşayış kompleksi hər cəhətdən sərfəli olan, sadə memarlıq üslubunu, rahat yaşam şərtlərini özündə əks etdirən müasir yaşayış kompleksidir. Kompleksin tikintisi “Körpü-Bina-Tikinti” MMC tərəfindən həyata keçirilmişdir. Qiymət - 87.700-240.800 AZN

Hər gün 09:00-18:00

  • 2 korpus
  • 4 blok
  • 16 mərtəbə
  • 315 mənzil
  • 4-6 mənzil mərtəbədə
  • 2 lift blokda

Yaşayış kompleksi Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi ilə Özbəkistan küçəsinin kəsişməsində, Qara Qarayev metrostansiyasından piyada 5-7 dəqiqəlik məsafədə yerləşir.

Kompleksin yaxınlığında məktəb və uşaq baxçası, müxtəlif restoranlar və ictimai obyektlər yerləşir. Kompleks 16 mərtəbəli olmaqla 2 binadan ibarətdir. 1-ci binada 3 giriş (blok), 2-ci binada 1 giriş (blok) var. Mənzillər 1, 2, 3 və 4 otaqlıdır. Mənzillərin sahəsi geniş, layihəsi maraqlı və sərfəlidir.

Binanın 1-ci mərtəbəsi qeyri-yaşayış sahələridir. Orada müxtəlif ictimai-iaşə və məişət obyektlərinin yerləşdirilməsi nəzərdə tutulur. Kompleksin “-1” mərtəbəsində 89 ədəd qaraj sahəsi yerləşir. Qaraj sahələrinə də çıxarış verilir. Qaraj sahələrinin ölçüləri müxtəlifdir. Bəzi qaraj sahələri qapalı olmaqla 2-3 avtomobilin yerləşdirilə bilməsi üçün nəzərdə tutulub.
Hər blokda 2 ədəd sürətli lift quraşdırılmışdır. Bununla yanaşı yaşayış kompleksində su anbarı tikilərək mənzillərin daimi su ilə təchiz olunması təmin olunmuşdur. Qəza halları üçün elektrik generatoru və yanğın təhlükəsizliyi qurğuları quraşdırılmışdır.

Yaşayış kompleksinin geniş həyətyanı sahəsi var. Həyətyanı sahədə müxtəlif idman qurğuları və uşaq oyun meydançası quraşdırılmışdır. Bununla yanaşı həyətyanı sahədə yaşıllıq zonası yaradılmış, oturacaqlar və çətirlərlə təmin olunmuşdur.

Kompleks tam hazır olduğu və mənzillərə çıxarış verildiyi üçün əmlak bazarında hazır evlər kateqoriyasına aid edilir və nağd satışa üstünlük verilir. Lakin, bununla yanaşı satış şərtlərində alıcılar üçün güzəştlər nəzərdə tutulub. Belə ki, alıcılar ilkin ödəniş olaraq mənzilin ümumi dəyərinin 30%, 40%, 50%, 75%-ni ödəmək şərti ilə mənzilləri 24-60 ay müddətinə kreditlə əldə edə bilərlər. Kredit müddətinin artması mənzilin baza qiymətinin bir qədər yüksəlməsinə səbəb olur. Lakin, təklif olunan bu tip satış paketləri alıcılar üçün cəlbedici ola bilər. Bununla yanaşı, alıcılar mənzilləri uzun müddətli ipoteka krediti verən banklarla ipoteka müqaviləsinin bağlanması vasitəsilə də əldə edə bilərlər. Bu istiqamətdə üzərimizə düşən dəstəyi göstərməyə hazırıq.

Əlavə məlumat üçün: