Uzunmüddətli yanaşma Foreks bazarında ticarət üçün ən yaxşı yanaşma hesab olunurmu, yoxsa satıcılar daha yaxşı olar ki, qısamüddətli yanaşmanı tətbiq etsinlər və daha aşağı gəlirə, ancaq bu halda tez-tez ala biləcəkləri gəlirə bel bağlasınlar?

Biz hər iki metodu müqayisə edəcəyik və oxuyucularımıza onların hər birinin üstün tərəflərini və çatışmazlıqlarını təqdim edəcəyik. Baxaq görək, uğura nail olmağa yönəldilmiş hər metod nəyə əsaslanır.

Foreksdə ticarətə qısamüddətli yanaşma

Foreks bazarında ticarətə qısamüddətli yanaşma texniki indikatorlardan asılıdır.

Foreks satıcıları müxtəlif indikatorlardan istifadə etməyə üstünlük verirlər. Onların çoxu, bazar haqqında daha yaxşı təsəvvürə malik olmaq üçün bir sıra indikatordan ibarət kombinasiyadanistifadə edirlər.

Foreksdə satıcıların, köməyilə sürətli artıma ümid etdikləri indikatorlar iki kateqoriyaya bölünür:

  • Qabaqlayanlar.

  • Gecikənlər.

Əsas indikatorlar və ya ossilyatorlar mümkün gəlirli giriş və ya çıxış barədə qabaqcadan xəbərdar edir.
Qabaqlayıcı indikatorların ən məşhur variantları: stoxastik və RSI-dir. Onlar valyutanın təkrar alış və təkrar satış vəziyyətini və öküz və ya ayı sapmalarını göstərir.

Sadə sürüşən ortalar, MACD və Bollincer zolaqlarının aid olduğu gecikən indikatorlar, əməliyyatın həyata keçirilməsi faktından sonra, qrafikdə hərəkəti və ya yaranmış trendi təsdiq etmək üçün tətbiq edilir.

Foreksdə ticarət zamanı qısamüddətli yanaşma seçilərkən, intizam, hətta ən kiçik gəlirin mütəmadi olaraq qeydiyyatı, emosiyalara (xüsusilə acgözlülüyə) nəzarət və investisiya kimi qoyulmuş vəsaitlərin qorunması üçün zərərin çox tez azaldılmasını tələb edir.

Beləliklə biz görürük ki, Foreksdə qısamüddətli ticarət metodu satıcılara çox dəyişkən və likvid bazardan gəlir əldə etmək imkanını verir. Treyderlər, Foreks bazarında uğurlu ticarətdə iştirak etmək üçün indikatorlaran və kredit çiyninə çətin olmayan çıxışdan asanlıqla yararlana bilər və onun dəyişkənliyi və likvidliyindən gəlir əldə edə bilərlər.

Ancaq qısamüddətli ticarət zamanı investisiyaların qorunması və itkilərin azaldılması birinci dərəcəli əhəmiyyətə malik olduğu üçün, yekun olaraq itkilər yığıla bilər. Bu onunla bağlıdır ki, bugünkü gündə satıcılar sürətli və mürəkkəb ticarət alqoritmlərindən istifadə edirlər.

Foreksdə ticarətə uzunmüddətli yanaşma

Vaxtından əvvəl saxlamnı nəzərdə tutan strategiyanı seçmək üçün Foreks satıcıları güclü trendi müəyyən etməli və ya qabaqcadan görməlidirlər. Tendensiyaları müəyyən etmək üçün, treyderlər yerli və beynəlxalq səviyyədə fundamental öyrənməyə arxalanırlar. Hərtərəfli analiz əldə etmək üçün, ona cari və gələcək siyasi və iqtisadi hadisələri daxil etmək lazımdır. Əgər treyderlər gələcək trendi qabaqcadan görməyə nail olarsa, və onlar ona uyğun hərəkət edərsə, onda nəticədə sadəcə heyrətamiz gəlir əldə etmək mümkün olar və bu gəlir daha tez-tez olan, lakin riskli qısamüddətli əməliyyatlardan əldə edilən gəliri kölgədə qoyar. 

Bazar düzgün təhlil edildikdə, bu metodu seçən treyderlər, böyük uğur əldə edə bilərlər. Onlar bazarın dəyişkənliyinə qarşı dayana bilər və uzunmüddətli saxlamanın dəyərini düzgün müəyyən edə bilərlər. Əks halda itkilər hiss olunan ola bilər.

Misal üçün, treyder müvafiq ölkənin Mərkəzi bankı tərəfindən faiz dərəcəsinin perspektivdə (gələcəkdə) və ya faktiki artırılmasına əsaslanaraq “Valyuta cütü” üzrə uzun mövqe aça bilər. Hadisələrin bu cür inkişafı, xüsusilə uzunmüddətli perspektivdə ciddi uduşa gətirib çıxara bilər. Ancaq faiz dərəcələrinin artırılması norma iqtisadi artımın və ya inflyasiya bazarının nəticəsi olmalıdır, çünki əks halda trend pozular və sövdələşmə zərərli sövdələşməyə çevrilə bilər. 

Beləliklə, belə nəticəyə gəlmək olar ki, doğru analiz, həmçinin iqtisadi hadisələrin və əsas amillərin başa düşülməsi, strategiyanın işlənib hazırlanmasında çox vacibdir. Digər az əhəmiyyətli olmayan amil Foreks bazarında daha uzun saxlamanın qiymətidir.

Foreks bazarındakı satıcılar gecə mövqeləri üzrə prolonqasiyalara görə xərclər çəkirlər. Faktiki olaraq hər bir valyuta, ölkənin başlıca prinsiplərinə əsaslanan müxtəlif qısamüddətli faiz dərəcəsinə malikdir. Dərəcələr arasındakı fərq treyder üçün gəlirli və ya zərərli ola bilər. Zərərlər hesablaşma hesabından çıxılır.  

Foreksdə “Valyuta cütləri” arasındakı fərq rollover məzənnəsinə təsir etdiyi üçün , ən yaxşı spredləri təklif edən broker, hər bir sövdələşmənin sonunda qeydiyyata alınan gəlirə təsir edə bilər. Kredit çiynindən istifadə olunması da, gözlənilməz halların qabağını almağa kömək edən üsuldur.

Beləliklə Foreks pazarında qısamüddətli sövdələşmələrin nəticəsi tez-tez, lakin böyük olmayan gəlir ola bilər. Ancaq bununla yanaşı, diqqətli araşdırma və alətlər sayəsində, uzunmüddətli saxlama Foreks satıcıları üçün ən yaxşı investisiyaları geri ödəməyə gətirib çıxara bilər. Kapitalın idarə olunmasının düzgün planlaşdırılması və real məqsədli gəlir göstəricilərinin müəyyən olunması da satıcılara risklərini idarə etməyə və itkiləri (zərərləri) minimuma endirməyə kömək edə bilər.