Bakıya süpürgəçiləri əvəz edəcək texnika gətirildi

Bakı şəhərində yollarda təmizlik işləri aparan təsərrüfat işçilərinin əməyinin yüngülləşdirilməsi, iş prosesində onların təhlükəsizliyinin təmin olunması üçün alınması nəzərədə tutulmuş xüsusi texnikanın bir qismi artıq paytaxta gətirilib.

Bakı şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, MAN markalı 10 ədəd texnika artıq təsərrüfat birliklərinə təhvil verilib.

Yeni, müxtəlif təyinatlı texnikaların alınması istiqamətində işlər davam edir.

Bakucity.az

Bakıya süpürgəçiləri əvəz edəcək texnika gətirildi, fotoşəkil-1
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər