Ekspert: “Dollarla bağlı son qərarı Mərkəzi Bank verəcək” - bakucity.az

Ekspert: “Dollarla bağlı son qərarı Mərkəzi Bank verəcək”

İqtisadçı-ekspert Vüqar Bayramov qonşu ölkələrin milli valyutalarının dollara nisbətdə ucuzlaşmasına münasibət bildirib.

Bununla bağlı sosial şəbəkədə yazan V. Bayramov qeyd edib ki, region ölkələrində valyutaların düşüşündən sonra qlobal valyuta bazarında da dəyişikliklər müşahidə olunur: “Ankara “1 dollar 6 Türkiyə lirəsi” məzənnəsini qoruyub saxlamağa çalışsa da, bunun asan olmayacağı aydındır. Belə görünür ki, həm Ağ Evdə, həm də Ağ Sarayda fərqli əhval-ruhiyyə var. Bu isə ABŞ ilə Türkiyə arasındakı gərginliyin arta biləcəyindən və bunun baş verəcəyi halda lirənin yenidən təzyiqlə üzləşəcəyindən xəbər verir. 

Rusiya rublu da heç də yaxşı günlərini yaşamır. Amma Kreml “rubla yenidən daha pis günləri yaşatmamaq” üçün mövcud iqtisadi və psixoloji alətlərdən faydalanmağa çalışır. Bununla belə, rublun başı üzərindən “qara buludların” çəkildiyini söyləmək tezdir.

ABŞ prezidenti Trampın son tviti avroya yenidən nəfəs qazandırır. ABŞ prezidenti Avropa və Çini öz valyutalarını bilərəkdən ucuzlaşdıraraq ixracatda üstünlük qazanmağa çalışdıqlarını deyərək Federal Ehtiyatların Sisteminin uçot stavkasının artırılması ilə bağlı siyasətini tənqid edib. 

Belə görünür ki, Tramp Administrasiyası dolların səbət valyutalarına nisbətən möhkəmlənməsində hələ də maraqlı deyil. Trampın “ucuz dollar böyük ixrac” yanaşması yenə də aktualdır. Ağ Ev bu siyasətini davam etdirərsə o zaman avronun yenidən möhkəmlənməsi mümkündür”.

Onun sözlərinə görə, qlobal və regional valyuta bazarındakı dəyişikliklər, təbii ki, milli valyutamıza da psixoloji təsir göstərir: “Lirənin ucuzlaşması və rublun büdrəməsi Azərbaycanda ötən həftə dollara tələbi yüksəltdi. Xarici valyutalara tələb nisbətən azalsa da yenə də əvvəlki aylar ilə müqayisədə yüksəkdir. Öncədən proqnozlaşdırdığımız kimi, bu ayın sonunadək dollara tələb yüksək olaraq qalacaq. Belə görünür ki, Mərkəzi Bank sabit məzənnə kursunu davam etdirməyə çalışır. Doğrudur, baş bankın mövqeyi manatın taleyini birbaşa həll edən faktordur. Bununla belə, Rusiyada rublun vəziyyəti Mərkəzi Bankın gələcək valyuta siyasətinə korrektələr gətirə bilər. Neftin qiyməti manatın məzənnəsi üçün vacib olsa da aqrar məhsullarımızın 90, ümumi qeyri-neft ixracatımızın 34 faizinə sahib olan şimal qonşumuzun valyutasının dəyəri bizim üçün az əhəmiyyətli deyil. Qeyri-neft ixracatındakı müqayisəli üstünlüklərimizin qorunub saxlanması üçün neftdən kənar sektorlar üzrə əsas ticarət tərəfdaşlarımızda valyutaların vəziyyətinin nəzərə alınması çox vacibdir. Amma bütün hallarda son qərarı Mərkəzi Bank verəcək. Bütövlükdə, noyabrın ikinci yarısından başlayaraq ilin sonunda dollara tələb yenidən yüksələcəyi gözlənilir”.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Mədəniyyət
Ekspozisiyada 300-dək eksponat nümayiş olunacaq.  Bakucity.az xəbər verir ki, mayın 27-də Heydər Əliyev Mərkəzində Gürcüstan Milli Muzeyindəki Azərbaycan və Şərq kolleksiyalarından ibarət “Tarixin şah əsərləri” adlı sərgi açılacaq. Üç bölmədə Qacarlar sülaləsi zamanı yaradılan və toplanan qədim fars incəsənəti, İrəvan xanlığının Sərdar sarayı kompleksindən kolleksiya və Dmitri Yermakovun arxivindən əldə edilmiş fotosənədlər təqdim ediləcək.  Sərgidə Qacarl...
Hadisələr
Paytaxtda 24 yaşlı qız itkin düşüb. Bakucity.az xəbər verir ki, 24 yaşlı Əliyeva Kəmalə Təvəkkül qızı özünəməxsus şəxsiyyət vəsiqəsini, geyim əşyasını, 3 000 (5 100 AZN) ABŞ dolları və 2000 AZN məbləğdə pul götürərək evdən çıxıb və geri qayıtmayıb. O, Xətai rayonu, Neapol küçəsi, ev 5, mənzil 75-də yaşayır.  Onun bacısı Əliyeva Aynur Təvəkkül qızı polisə ərizə ilə müraciət edib. Hazırda qızın axtarışı davam etdirilir. (Metbuat.az) Bakucity.az
Hadisələr
Paytaxtda ağır yol qəzası baş verib. Bakucity.az xəbər verir ki, hadisə Suraxanı rayonundakı Səttar Bəhlulzadə küçəsində qeydə alınıb.  Qəza *8555 “Ailə Taksi” şirkətində xidmət göstərən “Hyundai” markalı avtomobil yüksək sürətlə hərəkət edən digər “Hyundai” markalı minik maşını ilə toqquşub. Qəza zamanı xəsarət alan olmasa da maşınlara ziyan dəyib.  Hadisə ilə bağlı araşdırma aparılır. (Baku.ws) Bakucity.az
Hadisələr
Paytaxtda özünü körpüdən atmaq istəyən şəxs xilas edilib. Bakucity.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə 1 nəfərin körpünün üzərinə çıxaraq intihar etmək istədiyi barədə məlumat daxil olub. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək...
Hadisələr
Paytaxtın Binəqədi rayonunda yanğın baş verib. Bakucity.az xəbər verir ki, hadisə Azadlıq prospekti 172 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında qeydə alınıb.  Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Binəqədi və Nərimanov rayonları üzrə Yanğından Mühafizə Hissələrinin bir neçə yanğınsöndürən maşınları və canlı qüvvələri cəlb olunub.  Yanğın binanın üçüncü mərtəbəsində yerləşən ikiotaqlı mənzilin mətbəxindən başlayıb. Belə ki, mətbəxdə ol...
İdman
Avropa çempionatının açılış mərasimi keçirilib. Bakucity.az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan tədbirdə Avropa Gimnastika Federasiyasının prezidenti Fərid Qayıbov yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirib.  O, Azərbaycanda ilk dəfə aerobika üzrə Avropa çempionatı keçirildiyini xatırladıb: "Gördüyünüz kimi, yarış yüksək səviyyədə təşkil olunub. Buna görə Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevaya,...
Hadisələr
Bakıda baş verən dəhşətli qəzanın görüntüləri yayılıb. Bakucity.az  xəbər verir ki ki, paytaxt küçələrində, gecə saatlarında yüksək sürətlə hərəkət edən “Galendevagen” markalı avtomobil “Hyundai” markalı avtomobilə çırpılıb.  Qəzaya səbəb “Galendevagen”in sürücüsünün işıqforun tələbinə əməl etməməsidir. (Avtosfer.az) Bakucity.az
Hadisələr
Paytaxtda avtoxuliqanlıq edən şəxs yaxalanıb. Bakucity.az xəbər verir ki, o, Sumqayıt şəhər sakini 22 yaşlı Əmrah Əmrəliyevdir.  Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları onu mayın 18-də, saat 21:10 radələrində Salamzadə küçəsində “90 PD 158” dövlət nömrə nişanlı, "Daewoo Centra" markalı avtomobil ilə avtoxuliqanlıq edərkən saxlayıblar.  Əmrah Əmrəliyev barəsində toplanmış materiallar və videogörüntü Yasamal rayon məhkəməsinə t...
Ekologiya
Paytaxtda balıqların kütləvi tələfatı qeydə alınıb. Bakucity.az xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən açıqlama verilib.  Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin direktor əvəzi Mehman Axundov  deyib ki,  “Pirşağı gölü durğun göldür. Yəni, göldəki sular dayanan sulardır. Həmin gölün yaxınlığından Abşeron suvarma kanalı keçir. Pirşağı gölünə böyük həcmdə çirkab suları axıdıl...