Səhiyyə Nazirliyi iş adamlarına müraciət etdi

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əczaçılıq sahəsində fəaliyyət göstərən iş adamlarına müraciət edib.

Səhiyyə Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, bioloji fəallığa malik qida əlavələrinin idxalına, ixracına, istehsalına, satışına, dövriyyəsinə nəzarət etmək səlahiyyəti Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir.

Nazirlikdən bildirilib ki, buna əsasən ekspertizasının həyata keçirilməsi məqsədilə gətirilən bioloji fəallığa malik qida əlavələrinin idxalına icazə verilməsi üçün aidiyyəti üzrə Qida Təhlükəsizliyi Agentliyinə müraciət olunması məqsədəuyğun hesab olunur.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər