Ərəb turistlərin sayı üç dəfə artıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycana dünyanın 191 ölkəsindən 1655,3 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bakucity.az bu barədə Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir.

Gələnlərin 31,5%-i Rusiya, 19,8%-i Gürcüstan, 10,3%-i Türkiyə, 10,0%-i İran, 3,5%-i Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 2,4%-i İraq, 2%-i Ukrayna, 20,4%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 67,2%-ni kişilər, 32,8%-ni qadınlar təşkil edib.

Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 11,3%-i yanvar, 10%-i fevral, 16,7%-i mart, 13,2%-i aprel, 12,6%-i may, 16,2%-i iyun, 20%-i isə iyul ayında ölkəyə gəlib.

Cari ilin yanvar-iyul aylarında Körfəz ölkələrindən (BƏƏ və İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 3,3 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 3 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,7 dəfə, Qətər vətəndaşlarının sayı 2,1 dəfə, İraq vətəndaşlarının sayı 25,1%, Oman vətəndaşlarının sayı 16,5% artıb.

İrandan gələnlərin sayında 21,1%, BƏƏ-nin gələnlərin sayında isə 2,7% azalma müşahidə edilib. Körfəz ölkələrindən gələnlərin ümumi sayı 4% artaraq, 355,3 min nəfər təşkil edib və ümumilikdə ölkəmizə gələnlərin, demək olar ki, hər beş nəfərindən biri Körfəz ölkələrindən olub.

2018-ci ilin yanvar-iyul aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,4% artaraq, 65,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 5,6% artaraq, 614,2 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 56,8%-i dəmir yolu və avtomobil, 42,2%-i hava, 1,0%-i isə su nəqliyyatından istifadə edib.

2018-ci ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9% artaraq, 2514,8 min nəfər olub. Ölkə vətəndaşlarının 33,4%-i Gürcüstana, 24%-i İrana, 22,9%-i Rusiyaya, 15,2%-i Türkiyəyə, 1,4%-i Ukraynaya, 1,0%-i BƏƏ-yə, 2,1%-i isə digər ölkələrə səfər edib. Səfər edənlərin 67,9%-i kişilər, 32,1%-i isə qadınlar olub.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 31,2%, Gürcüstana gedənlərin sayı 0,9% artıb, Türkiyəyə gedənlərin sayı 5,5%, Rusiyaya gedənlərin sayı 2,6% azalıb.

Cari ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 79,9%-i dəmir yolu və avtomobil, 19,2%-i hava, 0,9%-i isə su nəqliyyatından istifadə edib.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Reproduktiv sağlamlığın tədrisi ilə bağlı ayrıca fənn nəzərdə tutulmayıb Bakucity.az xəbər verir ki, Azərbaycanda ümumi təhsil pilləsində tədris olunan fənlərin siyahısı Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” sənədində təsbit edilib: “Həmin sənəddə ümumi təhsilin heç bir səviyyəsində reproduktiv sağlamlığın tədrisi ilə bağlı ayrıca fə...
İdman
Topaz Premyer Liqasında IX turun oyunlarının vaxtı müəyyənləşib Bakucity.az xəbər verir ki, çempionatın yayım hüququna sahib "CBC Sport" telekanalı bu həftə canı yayımlayacaq qarşılaşmaların və idman yarışlarını açıqlayıb.  Məlum olub ki, turda oktyabrın 27-də saat 16:00-da "Sumqayıt" - "Qəbələ" matçı ilə start veriləcək. Bundan 2 saat sonra "Sabah" "Zirə"ni qəbul edəcək. Növbəti günün ilk görüşündə saat 15:00-da "Səbail" və "Keşlə" üz-üzə gələcək. Tura ye...
Cəmiyyət
Səkilərdə qanunsuz saxlayan avtomobillərin qeydiyyatı aparılır Bakucity.az xəbər verir ki, Bakının Səbail və Nəsimi rayonlarında piyada səkilərində avtomobillərin saxlanılmasına daha çox rast gəlinir. Bu barədə Report informasiya agentliyinin hazırladığı materialda bildirilir. Gecə saatlarında xüsusən restoranlara gələnlər nəzarətin olmamasından istifadə edərək Nizami küçəsində və Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının qarşısında piyadalar...
Biznes
Cədvəldə 22 sığorta və təkrarsığorta şirkətinin adı qeyd olunub  Bakucity.az xəbər verir ki, “Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyi (Birlik) sığorta şirkətlərinin xidmət səviyyəsi və müştərilərə qarşı yanaşması üzrə formalaşmış reytinqini açıqlayıb. Şirkət barədə yazılan ümumi rəy, rəyin təsdiqlənib-təsdiqlənməməsi, qeyd olunan məsələnin həll edilməsi şirkətlərin reytinqinə təsir edən əsas amillər hesab olunur. ASA-nın internet səhif...
Cəmiyyət
Tibb Universitetində anadangəlmə ürək qüsuru olan körpə əməliyyat olunub Tibb Universitetində (ATU) anadangəlmə ürək qüsuru olan körpə əməliyyat olunub ATU-nun Mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat Daun sindromlu, ürəyində 2 ədəd qulaqcıqarası çəpər defekti, 1 ədəd geniş mədəcikarası çəpər defekti olan 10 aylıq 7 kq çəkisi olan körpə üzərində aparılıb. Əməliyyatı icra edən ATU-nun Tədris Cərrahiyyə Klinikasının uşaq ürək cərrahı Ramal Həsəno...
Hakimiyyət
Azərbaycanda 160 gəmiçiyə mənzil veriləcək Bakucity.az xəbər verir ki, bu barədə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev jurnalistlərə açıqlamasında bildirib. O həmçinin qeyd edib ki, bu ilin sonuna qədər Bakıda Gəmi Muzeyi də açılacaq. Reportun verdiyi məlumatda bildirilir. Sürücülərin nəzərinə: bu tələb ləğv edildi - Qərar “Paytaxdakı Dövlət Bayrağı Meydanının yaxınlığında Gəmi Muzeyinin açılışını planlaşdırırıq”, - deyə o, qeyd edi...
Cəmiyyət
Yol polisinə tabe olmayan, avtoxuliqanlıq edənlərə rast gəlinib Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən paytaxtın müxtəlif  küçə və prospektlərində gecə saatlarında kobud qayda pozuntuları törədən sürücülərin aşkar edilməsi məqsədi ilə növbəti maarifləndirici-profilaktik tədbir keçirilib.  Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, tədbir zamanı xeyli sayda sərxoş sürücü aşkar olunub, həmçi...
Hakimiyyət
Ticarət və Xidmət Departamentinin direktoru işdən çıxarılıb Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin direktoru dəyişdirilib. Bakucity.az xəbər verir ki, BŞİH-nin departamentin Ticarət və Xidmət Departamentinin  direktoru Ramiz Hacıyev işdən çıxarılıb və həmin vəzifəyə İntiqam Məmmədov təyin olunub. Report-un verdiyi məlumatda bildirilir.  Bakucity.az
Cəmiyyət
Dövlət Bayrağı günü ilə əlaqədar qeyri-iş günü olacaq. Bakucity.az xəbər verir ki, Bayram həftənin cümə gününə təsadüf etdiyinə görə, Bakı sakinləri 3 gün evdə oturacaqlar. Əmək məcəlləsinə əsasən bu bayram günü vətəndaşlar üçün istirahət günü kimi müəyyənləşdirilib.  Belə ki, Əmək Məcəlləsinin 105-ci (Bayram günləri) maddəsinin və Nazirlər Kabinetinin “2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərarına əsasən, noyabrın 9-u qeyri-iş günüdür...