"Gənclik" stansiyasının keçidlərində fotosərgi təşkil ediləcək

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi ilə əlaqədar "Bakı Metropoliteni"inin "Gənclik" stansiyasının keçidlərində fotosərgi təşkil ediləcək.

Metropolitenin məbuat xidmətindən verilən xəbərə görə, tarixi, sosial-ictimai mövzunu əhatə edən layihə iki qurumun birgə təşkilatçılığı ilə ərsəyə gələcək.

Ümumilikdə, Xəzərdə Azərbaycan gəmiçiliyinin salnaməsini canlandıran, müxtəlif dövrləri əhatə edən 90 fotodan ibarət sərgi sentyabrın 10-da açılacaq və bir neçə ay davam edəcək.   

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər