Bakıda sualtı ovçuluq üzrə çempionat keçiriləcək

Sentyabrın 1-2-də paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində sualtı ovçuluq üzrə açıq Azərbaycan çempionatı keçiriləcək.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) və Bakı Sualtı Ovçular Klubunun dəstəyilə təşkil olunacaq çempionatda otuzadək idmançı mübarizə aparacaq.

İkigünlük yarışlar çərçivəsində Azərbaycanda dayvinq və s. idman növlərinin inkişafı ilə bağlı mühazirələr də dinləniləcək. Bundan başqa, çempionatda azyaşlı iştirakçılar və azarkeşlər üçün müxtəlif müsabiqə və viktorinalar təşkil ediləcək. Çempionatın tamaşaçıları üçün əyləncəli proqramlar da tərtib olunacaq.

Bakucity.az

Bakıda sualtı ovçuluq üzrə çempionat keçiriləcək, fotoşəkil-1 Bakıda sualtı ovçuluq üzrə çempionat keçiriləcək, fotoşəkil-2
Bakıda sualtı ovçuluq üzrə çempionat keçiriləcək, fotoşəkil-3 Bakıda sualtı ovçuluq üzrə çempionat keçiriləcək, fotoşəkil-4 Bakıda sualtı ovçuluq üzrə çempionat keçiriləcək, fotoşəkil-5
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər