Bakıdakı “Mançester Yunayted Futbol Məktəbi”nin fəaliyyəti başa çatdı

Bakıda fəaliyyət göstərən “Mançester Yunayted Futbol Məktəbi”nin fəaliyyət müddəti tərəflər arasında bağlanmış müqaviləyə əsasən başa çatıb. 

Bakucity.az-ın AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, fəaliyyət müddəti ərzində layihə “Bakcell” şirkəti tərəfindən dəstəklənib. Uşaq futbolunun inkişafı məqsədilə 2014-cü ildə təsis olunmuş məktəb AFFA, “Bakcell” şirkəti və İngiltərənin “Mançester Yunayted” klubunun birgə əməkdaşlığı çərçivəsində fəaliyyət göstərib. 

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər