Beynəlxalq Muğam Mərkəzində konsert olacaq

Mədəniyyət Nazirliyindən bildirilib ki, konsert “Mahur-hindi” və “Bayatı-kürd” muğamlarına həsr olunacaq. Respublikanın tanınmış xanəndələri Xalq Çalğı Alətləri Ansamblının müşayiəti ilə muğamın müxtəlif şöbələrini ifa etməklə yanaşı, bəstəkar mahnıları və təsniflərə də yer verəcəklər.

Qeyd edək ki, icrasına bu ilin may ayında “Rast” muğamı ilə start verilmiş möhtəşəm layihənin növbəti konserti noyabrın 1-də “Orta mahur” və “Rahab” muğamlarının səslənməsi ilə davam edəcək.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər