Bakıda X Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Hər il olduğu kimi, bu il də sentyabrın 18-dən 26-dək Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə görkəmli bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunmuş X Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Mədəniyyət Nazirliyindən bildirilib ki, builki festivalda Türkiyə, Rusiya, ABŞ, İtaliya və Slovakiyadan olan tanınmış musiqi kollektivlərinin iştirakı ilə 30-dək tədbirin keçirilməsi nəzərdə tutulub.

Festivalın təntənəli açılış mərasimi sentyabrın 18-də saat 19.00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında gerçəkləşəcək. Tədbirdə Xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası (bədii rəhbər Gülbacı İmanova) çıxış edəcək. Açılış mərasimində görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, akademik Arif Məlikovun 85 illiyi münasibətilə fortepiano və orkestr üçün konserti səslənəcək.

Festival çərçivəsində görkəmli müğənni, SSRİ Xalq artisti Firəngiz Əhmədovanın 90 illiyinə həsr olunmuş “Azərbaycan opera səhnəmizin Nigarı” adlı tədbir də təşkil olunacaq.

Bundan başqa, sentyabrın 22-də saat 19.00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında SSRİ Xalq artisti, görkəmli bəstəkar Murad Kajlayevin müəllif gecəsi təşkil olunacaq. Gecədə Rusiyanın Xalq artisti, dirijor Murad Annamamedovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası çıxış edəcək.

Həmçinin festival çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı, Üzeyir Hacıbəylinin Ev Muzeyi, Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Ağcabədi rayonu “Qarabağ Muğam Mərkəzi”ndə müxtəlif tamaşa, konsert və sərgilərin təşkili də nəzərdə tutulur.

Sentyabrın 23-də, saat 19.30-da Bakı Marionet Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” marionet tamaşasının premyerası reallaşacaq. Tamaşanın quruluşçu rejissoru və rəssamı Əməkdar incəsənət xadimi Tərlan Qorçudur.

Sentyabrın 26-sı, saat 19.00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında festivala yekun vurulacaq. Yekun konsertdə Əməkdar artist, dirijor Əyyub Quliyevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Rusiyanın Xalq artisti, məşhur violonçel ifaçısı Sergey Roldugin və P.Çaykovski adına beynəlxalq müsabiqənin laureatı, skripkaçı Pavel Milyukov çıxış edəcəklər.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hakimiyyət
Prezident İlham Əliyev sərəncam imzalayıb Bakyucity.az-ın məlumatına görə, sərəncam Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərinə dövlət qayğısını artırmaq, onların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etmək məqsədi daşıyır. Sərəncamla 2018-ci il noyabrın 1-dən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərinin aylıq rütbə maaşları 2000 manat və müxbir üzvlərinin aylıq rütbə maaşları 1200 manat məbləğində müəyyən ed...
Mədəniyyət
“Paralel” adlı tədbir–sərgidə 40 – dan çox fotoşəkil nümayiş etdirilib Bununla bağlı Bakucity.az-a İstiqlal Muzeyinin mətbuat xidmətindən məlumat verilib. Sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin və Müstəqil Azərbaycan Respublikasının fəaliyyətini və inkişafını özündə əks etdirən 40 – dan çox fotoşəkil nümayiş etdirilib. Bakucity.az
Cəmiyyət
Yolun bərpasına artıq sabahdan başlanılacaq Paytaxtın Səməd Vurğun küçəsində yolun səki hissəsinin çökmə səbəbi orada tikinti işlərinin normalara uyğun aparılmaması və yolun dayanaqlığının öyrənilməməsidir. Dəymiş ziyan tikinti şirkəti tərəfindən ödəniləcək. Bakucity.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib. O, Trend-ə açıqlamasında qeyd edib ki, yolun bərpasına artıq sabahdan...
Hadisələr
"Səməd Vurğun küçəsində piyada səkisinin sürüşməsinə səbəb yağış sularıdır" Bakucity.az xəbər verir ki, bu sözləri "Pilot İnşaat-A" MMC-nin icraçı direktoru Nuran Həsənzadə deyib.  "Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının tikintisi zamanı bina ilə piyada səkisi arasında istinad divarları çəkilib. İstinad divarı tikinti boyunca aparılıb. Biz düşünürük ki, piyada səkisinin sürüşməsinə səbəb yağış sularıdır. Yə...
Cəmiyyət
Köhnə və qeyri-estetik reklam lövhələri dəyişdiriləcək Bakucity.az xəbər verir ki, paytaxta köhnə və qeyri-estetik reklam daşıyıcıları dəyişdirilərək, yerlərinə yeniləri qoyulacaq. Bu, Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) şəhərin görünüşünün yaxşılaşdırılması məqsədiylə apardığı tədbirlər planı çərçivəsində həyata keçirilir. Bu barədə xəbəri haqqin.az saytı yayıb.  Yeni reklam daşıyıcıları paytaxtın küləkli və dəyişkən iqliminə uyğun olacaq. Bakıdakı...
Cəmiyyət
"Qripin ətraf ölkələrdən Azərbaycana keçmə ehtimalı var" Bakucity.az xəbər verir ki, Respublikanın baş infeksionisti Cəlal İsayev sakinləri narahat edən qrip virusu ilə bağlı açıqlama verib. “Mövsümlə əlaqədar olaraq qrip və digər virus infeksiyalarının yayılması ehtimalı artır. Ona görə də insanlar düzgün qidalanmalı və isti geyinməlidirlər. Çünki payız-qış aylarında orqanizmin iqlim dəyişikliklərinə alışması çətin olur”. C.İsayev Report-a açıqlamasında ö...
Cəmiyyət
Bu gün sürüşmə nəticəsində doqquz nömrəli ev tamamilə uçub Bakucity.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov jurnalistlərə açıqlamasında Buxta küçəsindəki evlərin təhlükəli vəziyyətdə olduğunu deyib. Bu barədə məlumatı Oxu.az saytı yayıb. Rəsminin sözlərinə görə, Buxta küçəsinin ön hissəsindəki evlər sökülüb və gərginlik  var: “Nazirlik tərəfi...
Hadisələr
Sürüşmə hadisəsi səhlənkarlıq səbəbindən baş verib  Bakucity.az xəbər verir ki, Bakının əsas küçələrindən biri olan Səməd Vurğunda yol sürüşüb. Küçənin 60 metr uzunluq və 3 metr enində sürüşmə qeydə alınıb. Sürüşməyə səbəb isə tikintinin düzgn aparılmaması olub.  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli hadisə barəsində Report.az-a açıqlama verib: "Müəyyən olub ki, həmin ərazidə pilot layihə əsasında...
Cəmiyyət
Yağış axşama doğru kəsiləcək Oktyabrın 18-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək, axşam şimal-şərq küləyi ilə əvəz olunacaq. Bu barədə Bakucity.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Havanın temperaturunun Abşeron yar...