Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanla bağlı operativ iş rejiminə keçərək, atmosfer havasında müşahidələr aparır.
Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat veriblər.
Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, 30 avqust 2018-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 10:00-da sanitar normadan üç dəfə yuxarı olduğu qeydə alınıb.
Bakucity.az