Qurban Qurbanov: "Azarkeşlər heç vaxt bizi tək qoymayıblar" - bakucity.az

Qurban Qurbanov: "Azarkeşlər heç vaxt bizi tək qoymayıblar"

“Bu mərhələdə son oyunumuzdur. Çox yaxşı müdafiə olunmağı bacaran, hücumlar təşkil edə bilən rəqibə qarşı oynayırıq. Həddindən artıq soyuqqanlı olaraq öz oyunumuzu oynamalıyıq”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Moldovanın “Şerif” komandası ilə Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl deyib.

46 yaşlı mütəxəssis “Azərsun Arena”da təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb:

- Zubirin durumu nə yerdədir?

- Onunla bağlı sabah qərar veriləcək. Nisbətən yaxşılaşıb.

- Komandanın hücum potensialı sabah qol vurmağa imkan verəcək?

- Qol vurmaq lazımdır. Bunun üçün hücumda aktiv olacağıq. Bunun üzərində çalışmışıq.

- İstər “Kukesi”, istərsə də BATE ilə matçlarda “Qarabağ” qol vurmaq məcburiyyətində qalanda futbolçularda həyəcan hiss olunur...

- Həyəcan ildən-ilə çoxalır. Komanda uğur qazanırsa, ondan daha artığı gözlənilir. Nəticə verən komandalara rəqiblər daha ciddi hazırlaşırlar. Futbolçular üçün asan deyil. Bu, normal haldır. Həyəcanı olmayan insan yoxdur. Təzyiq varsa, bu da olacaq. Məğlub olmağı deyil, qalib gəlməyi düşünürük.

- Oyuna cəmi 13 min bilet satılıb. Azarkeşlərə ismarıcınız var?

- Azarkeşlər heç vaxt bizi tək qoymayıblar. Cəmi 13 min olacağını düşünmürəm.

- Millinin toplanışını “Qarabağ”ın oyunundan sonraya salmaq olmazdı?

- Narahat olacaq bir şey yoxdur. Hər şey nəzarətimizdədir. Bütün futbolçular gəldikdən sonra istədiyimiz kimi hazırlaşacağıq.

- Filip Ozobiç Azərbaycan çempionatında yaxşı oynasa da, avrokuboklarda eyni keyfiyyəti görmürük. Bu barədə nə düşünürsünüz?

- Tam fərqli turnirlərdir. Tək Ozobiçin deyil, başqa futbolçuların da problemləri oldu. Amma hamısı oyundan-oyuna daha yaxşı çıxış edəcəklər.

- Bilet satışının zəif olması tribunalarda bəzi polislərin azarkeşlərlə düzgün rəftar etməməsi ilə bağlı ola bilər?

- Hər yerdə azarkeşlərlə polis arasında problem olur. Diləyimiz odur ki, olmasın. Bilet satışının hələlik zəif olmasının bununla bağlı olduğunu düşünmürəm.

- Rəşad Sadıqovun səhvləri öz yerində, Maksim Medvedev və Bədavi Hüseynov da əvvəlki illərlə müqayisədə zəif təsir bağışlayırlar. Müdafiə xəttində dəyişiklik gözlənilir?

- Oyunçu dəyişikliyi yox, oyunda dəyişiklik olacağını düşünürəm. Məğlub olanda bu cür fikirlər çoxalır. Bu klubun uğurlarında ən böyük pay sahiblərindən biri Rəşad Sadıqovdur. Digərlərinin səhvlərinin də onun kölgəsində qaldığını düşünmürəm.

- Araz Abdullayev hazırda “Qarabağ”ın məşqlərində iştirak edir. Onun komandanıza keçidi mümkündür?

- Arazın klublarla problemi, müqaviləsi var. Bununla maraqlanmağa başlamışıq. Çalışırıq ki, problemi həll edək. Müqaviləsi olan klublarla razılaşa bilsək, Arazla da danışığa gedəcəyik.

- Rəşad Sadıqovu start heyətində görəcəyik?

- İnşallah, görəcəyik.

- “Şerif”lə oyunun nəticəsinin yığmadakı ab-havaya təsir edəcəyini düşünürsünüz?

- İnandırıcı deyil. Fərqli turnirlərdir. “Qarabağ”ın matçları millinin oyunlarına mane olmamalıdır. Hər komandanın öz məsuliyyəti, fərqli rəqibləri var.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Mədəniyyət
Ekspozisiyada 300-dək eksponat nümayiş olunacaq.  Bakucity.az xəbər verir ki, mayın 27-də Heydər Əliyev Mərkəzində Gürcüstan Milli Muzeyindəki Azərbaycan və Şərq kolleksiyalarından ibarət “Tarixin şah əsərləri” adlı sərgi açılacaq. Üç bölmədə Qacarlar sülaləsi zamanı yaradılan və toplanan qədim fars incəsənəti, İrəvan xanlığının Sərdar sarayı kompleksindən kolleksiya və Dmitri Yermakovun arxivindən əldə edilmiş fotosənədlər təqdim ediləcək.  Sərgidə Qacarl...
Hadisələr
Paytaxtda 24 yaşlı qız itkin düşüb. Bakucity.az xəbər verir ki, 24 yaşlı Əliyeva Kəmalə Təvəkkül qızı özünəməxsus şəxsiyyət vəsiqəsini, geyim əşyasını, 3 000 (5 100 AZN) ABŞ dolları və 2000 AZN məbləğdə pul götürərək evdən çıxıb və geri qayıtmayıb. O, Xətai rayonu, Neapol küçəsi, ev 5, mənzil 75-də yaşayır.  Onun bacısı Əliyeva Aynur Təvəkkül qızı polisə ərizə ilə müraciət edib. Hazırda qızın axtarışı davam etdirilir. (Metbuat.az) Bakucity.az
Hadisələr
Paytaxtda ağır yol qəzası baş verib. Bakucity.az xəbər verir ki, hadisə Suraxanı rayonundakı Səttar Bəhlulzadə küçəsində qeydə alınıb.  Qəza *8555 “Ailə Taksi” şirkətində xidmət göstərən “Hyundai” markalı avtomobil yüksək sürətlə hərəkət edən digər “Hyundai” markalı minik maşını ilə toqquşub. Qəza zamanı xəsarət alan olmasa da maşınlara ziyan dəyib.  Hadisə ilə bağlı araşdırma aparılır. (Baku.ws) Bakucity.az
Hadisələr
Paytaxtda özünü körpüdən atmaq istəyən şəxs xilas edilib. Bakucity.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə 1 nəfərin körpünün üzərinə çıxaraq intihar etmək istədiyi barədə məlumat daxil olub. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək...
Hadisələr
Paytaxtın Binəqədi rayonunda yanğın baş verib. Bakucity.az xəbər verir ki, hadisə Azadlıq prospekti 172 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında qeydə alınıb.  Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Binəqədi və Nərimanov rayonları üzrə Yanğından Mühafizə Hissələrinin bir neçə yanğınsöndürən maşınları və canlı qüvvələri cəlb olunub.  Yanğın binanın üçüncü mərtəbəsində yerləşən ikiotaqlı mənzilin mətbəxindən başlayıb. Belə ki, mətbəxdə ol...
İdman
Avropa çempionatının açılış mərasimi keçirilib. Bakucity.az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan tədbirdə Avropa Gimnastika Federasiyasının prezidenti Fərid Qayıbov yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirib.  O, Azərbaycanda ilk dəfə aerobika üzrə Avropa çempionatı keçirildiyini xatırladıb: "Gördüyünüz kimi, yarış yüksək səviyyədə təşkil olunub. Buna görə Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevaya,...
Hadisələr
Bakıda baş verən dəhşətli qəzanın görüntüləri yayılıb. Bakucity.az  xəbər verir ki ki, paytaxt küçələrində, gecə saatlarında yüksək sürətlə hərəkət edən “Galendevagen” markalı avtomobil “Hyundai” markalı avtomobilə çırpılıb.  Qəzaya səbəb “Galendevagen”in sürücüsünün işıqforun tələbinə əməl etməməsidir. (Avtosfer.az) Bakucity.az
Hadisələr
Paytaxtda avtoxuliqanlıq edən şəxs yaxalanıb. Bakucity.az xəbər verir ki, o, Sumqayıt şəhər sakini 22 yaşlı Əmrah Əmrəliyevdir.  Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları onu mayın 18-də, saat 21:10 radələrində Salamzadə küçəsində “90 PD 158” dövlət nömrə nişanlı, "Daewoo Centra" markalı avtomobil ilə avtoxuliqanlıq edərkən saxlayıblar.  Əmrah Əmrəliyev barəsində toplanmış materiallar və videogörüntü Yasamal rayon məhkəməsinə t...
Ekologiya
Paytaxtda balıqların kütləvi tələfatı qeydə alınıb. Bakucity.az xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən açıqlama verilib.  Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin direktor əvəzi Mehman Axundov  deyib ki,  “Pirşağı gölü durğun göldür. Yəni, göldəki sular dayanan sulardır. Həmin gölün yaxınlığından Abşeron suvarma kanalı keçir. Pirşağı gölünə böyük həcmdə çirkab suları axıdıl...