Azərbaycanla Rusiya arasında iqtisadi saziş imzalanacaq

Azərbaycan İqtisadiyyat Nazirliyi və Rusiya İqtisadi İnkişaf Nazirliyi arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalanması planlaşdırılır.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, Rusiyanın baş naziri Dmitri Medvedev buna razılıq verilməsi barədə sərəncam imzalayıb.

"Rusiya Federasiyasının beynəlxalq sazişləri haqqında" federal qanunun 11-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq, Rusiya İqtisadi İnkişaf Nazirliyinin Rusiya XİN-lə razılaşdırılaraq Rusiya İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan İqtisadiyyat Nazirliyi arasında iqtisadi əməkdaşlığın inkişafı haqqında sazişin imzalanması ilə bağlı danışıqlar aparmaq təklifi qəbul edilsin", - Rusiyanın hüquqi informasiya portalının rəsmi internet saytında yerləşdirilən sənəddə deyilir.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər