Nazirlik Bakıdakı toz-dumanla bağlı məlumat yaydı

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilir.

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, gecə saatlarında  Bakı və Abşeron yarımadasında tozun miqdarında nisbətən azalma müşahidə olunsa da, yenə də sanitar normadan iki dəfə yuxarı olduğu qeydə alınıb.

Qeyd edək  ki, 30 avqust 2018-ci il tarixində saat 10:00-da bu göstərici 3, 13:00-da 5,4, 16:00-da 5,6, 19:00-da 6 dəfə sanitar normadan yuxarı olub.

Xatırladaq ki, buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanın daxil olmasıdır.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər