Bu ilin yeddi ayından İpoteka və Kredit Zəmanət Fonduna (AİKZF ) dövlət büdcəsindən 50 milyon manat vəsait ayrılıb.
Mərkəzi Bankdan verilən məlumata görə, hesabat dövründə banklar tərəfindən 136 milyon manat kredit verilib.
AİKZF tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcmi 135,6 milyon manat, buraxılmış istiqrazların həcmi 115 milyon manat olub.
Qeyd edək ki, verilmiş ipoteka kreditlərinin həcmi illik əsasda 45,45% artıb.
Bakucity.az