Bu gün Bakının bu əraziləri qazsız qalacaq

"Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, "Qaz İxrac" İdarəsinin balansında olan diametri 720 mm-lik "Qaradağ-Digah" magistral qaz kəmərinin 25-27-ci km-lər arası dayaqlardan düşmüş hissəsinin qaldırılması, müvəqqəti halqanın ləğv edilməsi ilə bağlı, saat 10:00-dan etibarən təmir işləri başa çatanadək "Sulutəpə", "Alatava", "Xocasən" Qaz Paylayıcı Stansiyalarından, "Laçın qaçqınları" və "Elit Yatırım" ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.

Zəruri təmir işləri ilə əlaqədar, Nəsimi rayonu Tbilisi prospekti və 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, Nizami, H.Əliyev küçələrinin, eləcə də Binəqədi rayonu 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Xutor, Sulutəpə, Xocahəsən qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Ekologiya
Bakıda 6 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.  Havanın temperaturu  Abşeron yarımadasında gecə 21-25,  gündüz 32-37, Bakıda gecə 22-24, gündüz 35-37 dərəcə isti olacaq.  Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 35-40 faiz təşkil edəcək.    Abşe...
Kriminal
Bakıda sərt karantin rejiminin pozulması ilə müşayiət olunan ad günü şənliyi keçirilib. Paytaxtın Xəzər rayonunda istirahət mərkəzlərindən birində xüsusi karantin rejiminin qaydalarına zidd olaraq, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət  olunan ad günü şənliyinin iştirakçıları müəyyən olunaraq saxlanılıb.   BakuCity.az xəbər verir ki, bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlu...
Biznes
Balaxanı qəsəbəsi yeni turizm məkanına çevriləcək. BakuCity.az xəbər verir ki, qəsəbəninin yeni turizm marşrutu kimi müəyyənləşdirilməsi və turizm məkanına çevrilməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Turizm Agentliyi və "Bakı Abadlıq Xidməti" birgə əməkdaşlıq edəcək. Artıq işlərə start verilib. Paytaxtın qədim qəsəbəsi Balaxanı - yeni turizm məkanına çevriləcək. Hazırda qəsəbənin turizm imkanları araşdırılır və abadlıq işləri görülür,...
Cəmiyyət
“Qarabağ: Rusiyadan baxış”.  Məşhur rusiyalı tarixçi və politoloq Oleq Kuznetsov Yandeks (Yandex) internet bazasında “Qarabağ: Rusiyadan baxış” informasiya kanalı açıb. BakuCity.az xəbər verir ki, bu barədə Kuznetsovun özü bildirib. “İlk dəfə olaraq rusiyalı elm xadimi Qarabağla bağlı qərəzsiz faktlar və müzakirələrlə dolu olacaq bir resurs yaradır. Kanalın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına dəstək olacağına inanıram”, – deyə tarixçi qeyd edi...
Cəmiyyət
8103 icazə sistemi ilə bağlı yeni qərar qəbul edilib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və Daxili İşlər Nazirliyinin birgə ərsəyə gətirdiyi 8103 SMS icazə sistemi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək Mingəçevir, Goranboy və Göygöl şəhərləri, Bərdə, Samux, Siyəzən, Şəki və Xaçmaz rayonları daxil olmaqla, Ba...
Cəmiyyət
Bakı Limanından keçən daha bir qatar Ankaraya çatıb. Çinin Sian şəhərindən çıxan və Türkiyənin İstanbul şəhərinə istiqamətlənmiş 43 konteynerdən ibarət blok qatarı bu gün qonşu ölkənin paytaxtı Ankaraya çatıb. Bu barədə BakuCity.az "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-yə (Bakı Limanı) istinadən xəbər verir. Xatırladaq ki, sözügedən qatar iyunun 30-da, 6 saat ərzində Bakı Limanında aşırılıb. Qatarla Çin istehsalı olan elektronika məhsulları göndərilib...
Ekologiya
Bakıda 5 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.  Şimal-şərq küləyi əsəcək.  Havanın temperaturu  Abşeron yarımadasında gecə 20-24,  gündüz 32-37, Bakıda gecə 22-24, gündüz 34-36 dərəcə isti olacaq.  Atmosfer  təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 35-40 faiz təşkil ed...
Kriminal
Bakıda qanunsuz fəaliyyət göstərən növbəti obyekt aşkarlanıb. Bakı Şəhər İcra Hakimiyyəti, rayon icra hakimiyyətləri, polis və İqtisadiyyat Nazirliyinin əməkdaşlarının iştirakı ilə paytaxtda karantin rejimi qaydalarına əməl edilməsi ilə bağlı monitorinqlər və reydlər davam etdirilir, ticarət obyektlərində, məhəllələrdə, insanların sıx toplaşdığı digər ərazilərdə maarifləndirici söhbətlər aparılır. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən BakuCity...
Kriminal
Qanunsuz yollarla Bakıdan Qəbələyə istirahətə gedən şəxslər məsuliyyətə cəlb olunublar. Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reyd zamanı Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan olunan digər  rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla istirahətə gələn şəxslər barəsində tədbirlər görülüb. BakuCity.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata gör...