"Keşlə" klubu futbolçu Adrian Skarlatake ilə yollarını ayırıb.
Bakucity.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, rumıniyalı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılışma əsasında xitam verilib.
Qeyd edək ki, 2016-cı ildən "Keşlə"də çıxış edən Adrian Skarlatake başa çatan mövsümdə Azərbaycan Kubokunu qazanıb. O, 2011 - 2015-ci illərdə "Xəzər Lənkəran"ın formasını geyinib. Rumıniyalı oyunçu Lənkəran təmsilçisində Azərbaycan Kubokunun və Azərbaycan Super Kubokunun qalibi olub.
Bakucity.az