"Total" “Abşeron” yatağından ilk qazın alınacağı tarix barədə

“Total” (Fransa) şirkətindən açıqlama

“Abşeron” yatağından ilk qazı 2020-ci ilin üçüncü rübündə əldə etmək planlaşdırılır.

Bakucity.az Trend-ə istinadən xəbər verir ki, bu barədə yatağın işlənməsi üzrə operator “Total” (Fransa) şirkətindən bildiriblər.

Yatağın işlənməsinin birinci mərhələsi üzrə tədbirlərin davam etdiyi bildirilir:

“Birinci qiymətləndirmə quyusunun qazılması bu ilin fevralında başlayıb və 2019-cu ilin ortalarında başa çatacaq. Ətraflı injinirinq avqustda başlayıb. İlk qazın isə 2020-ci ilin üçüncü rübündə əldə olunması planlaşdırılır”.

Şirkətdən bildiriblər ki, birinci mərhələ “erkən istehsal sxemi”nə əsaslanıb:

“Qiymətləndirmə quyusu 35 kilometrlik sualtı xətlə "Neft Daşları" ilə əlaqələndirilib. "Neft Daşları"nda “Abşeron”dan qaz axınını əldə edəcək platforma tikiləcək. Burada qaz ehtiyatları ilkin emal olunacaq, daha sonra bu, mövcud müəssisələrə göndirələcək. İkinci mərhələyə gəldikdə isə, onun işlənməsi sxemi artıq müəyyən edilib. Bununla belə, birinci kəşfiyyat quyusunun qazılması zamanı əldə olunan məlumatlara əsaslanmaq lazımdır”.

“Total” şirkətindən həmçinin bildiriblər ki, hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Ümid-Babək” yatağı üzrə danışıqlar davam etdirilir.

Qeyd edək ki, “Total” 2011-ci ilin sentyabrında ilk kəşfiyyat quyusunda aparılan qazma işlərinin nəticələrinə əsasən “Abşeron” yatağında böyük həcmdə hidrokarbon ehtiyatlarının (326 mlrd. kubmetr qaz və 108 mln. ton kondensat) olduğunu təsdiqləyib. “Abşeron” yatağının işlənməsi layihəsinin I mərhələsinə dənizin 450 metr dərinliyində bir quyunun qazılması daxildir. Qazma işlərində üzən yarımdalma qazma qurğusundan istifadə olunacaq. Bu mərhələ çərçivəsində platoda illik 1,5 mlrd. kubmetr, layihənin ikinci mərhələsində isə platoda illik 4 mlrd. kubmetr qaz hasilatı nəzərdə tutulur. Birinci mərhələ çərçivəsində hasil edilən qazın Azərbaycanın daxili bazarına yönəldiləcəyi nəzərdə tutulur.

Xatırladaq ki, “Abşeron” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş 2009-cu ildə imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (50%) və “Total” (50%) şirkətləridir.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Bərbərlər və dərzilər də bu siyahıya daxil ediləcək Vergi Məcəlləsinə edilən son dəyişikliklərdə fərdi qaydada, yəni muzdlu işçi cəlb etmədən sahibkarlıqla məşğul olan fiziki şəxslərin siyahısı genişləndirilib. Hazırda sabit vergi ödəyicilərinin siyahısına fərdi yaşayış evlərində və mənzillərdə çalışanlar, xəstələrə, qocalara və uşaqlara qulluq edənlər, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və digər analoji işlər və nəqq...
Cəmiyyət
Gənclərlə bağlı polisə müraciət olunub Bakucity.az xəbər verir ki, Şəhidlər xiyabanında “Əbədi məşəl” abidəsində akrobatik hərəkətlər edən gənclə bağlı polisə müraciət olunub. Bunu da oxu: Paytaxtda obyektdə partlayış: yaralılar var Bu barədə Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin mühəndisi Sabir Həsənov bildirib: “Səbail Rayon Polis İdarəsi bu barədə məlumatlıdır və müvafiq araşdırma aparılır”. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavin...
Cəmiyyət
Narkotik satışı açıq şəkildə davam edir Bakının, Bakı ətrafı kəndlərin apteklərində narkotik satışı açıq şəkildə davam edir. Aptekə yaxınlaşırsan və ad çəkmədən “əllilik ver” deyirsən. Satıcı sənin nə istədiyini bilir və dərhal narkotik tərkibli dərmanı sənə uzadır. Halbuki, bu cür dərman yalnız reseptlə satılmalıdır. Narkoaslılığı olanlar “əllilik” deyəndə “Tramadol 50 mg”, yəni 50 milli qramlıq güclü təsiredici preparat istədiklərini ifadə etmiş olurlar....
Hadisələr
Yanğını söndürməyə FHN qüvvələri cəlb edilib Bakucity.az xəbər verir ki, Bakının Qaradağ rayonunda ümumi sahəsi 67 kv.m olan, tikiş sexi kimi fəaliyyət göstərən birmərtəbəli 3 otaqlı tikilidə yanğınla nəticələnən partlayış baş verib. Bunu da oxu: Yol polisi sürücülərə müraciət etdi – Qaydalar dəyişdi Nəticədə 2 otağın yanar konstruksiyaları 37 kv.m sahədə yanıb. Hadisə zamanı 2 nəfər xəsarət alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın y...
Cəmiyyət
Paytaxtın mədəni həyatında yadda qalan tədbirlər Bakucity.az 2018-ci ildə Bakıda keçirilən ən maraqlı, həmçinin ölkə tarixini özündə əks etdirən mühüm hadisələrə həsr edilmiş mədəniyyət tədbirlərinin onluğunu hazırlayıb. Materialı oxuculara təqdim edirik. 1. VII Beynəlxalq Kitab Sammiti VII Beynəlxalq Kitab Sammiti martın 18-də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən VI Qlobal Bakı F...
Hakimiyyət
Atatürk parkında təmir-yenidənqurma işləri aparılır Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidmətindən  verilən məlumata görə, böyük şəxsiyyət Mustafa Kamal Atatürkün adını daşıyan bu parkdakı şərait və vəziyyət günün tələblərinə uyğun deyildi və heç kimi qane etmirdi. Bunu da oxu: Yol polisi sürücülərə müraciət etdi – Qaydalar dəyişdi BŞİH bildirir ki, parkin vəziyyəti ilə bağlı ətraf ərazılərdə yaşayan vətəndaşlardan haqlı narazılıq və iradlar dax...
Cəmiyyət
Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edib Bakucity.az xəbər verir ki, iİdarənin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev bildirib ki, tez-tez eşitdiyimiz, hər dəfə təəssüf və böyük ağrı hissi ilə qarşıladığımız yol qəzaları bir çox hallarda avtomobillərin nasazlığı ucbatından baş verir: “Yol hərəkətində istifadə olunan mexaniki nəqliyyat vasitələri vaxtlı-vaxtında texniki baxışa təqdim olunmalıdır”. Baş DYP İdarəsi qeyd edir ki,...
Hakimiyyət
Bu gün Heydər Əliyevin vəfatından 15 il keçir Azərbaycan prezidenti İlham Əliyev Fəxri xiyabanda m'rhum prezident Heydər Əliyevin məzarını ziyarət edib. Prezident İlham Əliyev Heydər Əliyevin məzarı önünə əklil qoyub. Sonra dövlət himni səslənib. Prezident akademik Zərifə Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyub. Ziyarətdə dövlət və hökumət üzvləri, Milli Məclisin deputatları, komitə, şirkət və idarə rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ed...
Ekologiya
Nazirlik vətəndaşlara müraciət edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi qurumuş və təhlükə yaradan ağaclarla bağlı tədbir görür. Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, Bakı şəhərində yaşıllıqların artırılması, onun estetik görünüşünün daha da gözəlləşdirilməsi, qurumuş və təhlükə yaradan ağacların yerinə yenisinin əkilməsinə başlanılıb. Rayon icra hakimiyyətləri ilə birgə Akim Abbasov, Səməd Vurğun, Xəlil bəy Xasməmmədov, Rəşid Behbudov...