Bakıda ilk dəfə: hədiyyələr və promo məhsulları sərgisi keçiriləcək

Bakıda ilk dəfə: hədiyyələr və promo məhsulları sərgisi keçiriləcək

Tədbir Bakıdakı otellərdən birində baş tutacaq

Sentyabrın 20-22-də Azərbaycanda ilk dəfə olaraq Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Sərgisi - “Gift&Promo Fair 2018” keçiriləcək. 

Tədbir Bakıdakı otellərdən birində baş tutacaq. 

“Gift&Promo Fair 2018” sərgisi müxtəlif kateqoriyalarda suvenirlərin geniş çeşidini təqdim etməklə yanaşı, hədiyyəlik məhsullar, interyer əşyaları, qab-qacaq, bayram məhsulları, biznes-suvenirlər, korporativ hədiyyələr, zərgərlik əşyaları və s. bu kimi məhsulların istehsalı sahəsində qlobal inkişaf təmayüllərini əks etdirəcək. 

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər