Bakıda “YARAT” klubda “Nəsimi” filmi təqdim edilib

 Bakıda “YARAT” klubda “Nəsimi” filmi təqdim edilib

Film Nəsiminin anadan olmasının 600 illiyinə həsr edilib

Bakucity.az Azərtaca istinadən xəbər verir ki, Bakıda “YARAT” Film Klubunda rejissor Həsən Seyidbəylinin “Nəsimi” tarixi filmi kinosevərlərə təqdim edilib.

Tədbirin qonağı isə Xalq artisti Əbdül Mahmudov olub.

Film Azərbaycan xalqının görkəmli şairi və filosofu, hürufi təriqətinin nəğməkarı, insan zəkasının, istedadının və hisslərinin gözəlliyinin tərənnümçüsü İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə həsr edilib.

Ekran əsəri 1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalı çərçivəsində “Ən yaxşı tarixi film” mükafatına layiq görülüb. Əsas rolun ifaçısı, Xalq artisti Rasim Balayev də yaratdığı rola görə mükafatlandırılıb.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər