Bakıda kütləvi intihara cəhd edildi

Bakıda kütləvi intihara cəhd edildi, Javid

Altı nəfər qaldırıcı kranın üzərinə çıxaraq, intihar etmək istəyib

Paytaxtın Xətai rayonunda kütləvi intihara cəhdin qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, altı nəfər qaldırıcı kranın üzərinə çıxaraq, intihar etmək istəyini nümayiş etdiriblər.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. 

Vətəndaşlarla aparılan psixoloji söhbətlər nəticəsində onlar özlərinə qəsd etmək fikrindən daşınıblar.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər