Milli Məclisin komitələri fəaliyyətə başladı

Milli Məclisin komitələri fəaliyyətə başladı, Javid

Payız sessiyasının qanunverici işlər planı yaxın günlərdə açıqlanacaq

Azərbaycan Milli Məclisinin (MM) komitələri payız sessiyası çərçivəsində fəaliyyətə başlayıb.

“Report” xəbər ki, parlamentin ilk komitə iclası bu gün keçirilir.

Parlamentin payız sessiyasının ilk plenar iclası isə oktyabrın 1-də keçiriləcək.

MM-in Daxili Nizamnaməsinə əsasən, parlamentin payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Bu il sentyabrın 30-u bazar gününə təsadüf etdiyindən iclasın oktyabrın 1-də keçirilməsi nəzərdə tutulub.

Payız sessiyasının qanunverici işlər planı yaxın günlərdə açıqlanacaq.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər