Bakıya səfər ərəfəsində Kosovo millisində qalmaqal yaşanıb

Bakıya səfər ərəfəsində Kosovo millisində qalmaqal yaşanıb, Javid

Jurnalistlər və futbolçuların ailə üzvləri stadiondan çıxarılıb

Azərbaycana qarşı keçirəcəyi UEFA Millətlər Liqasının oyunu ilə əlaqədar Bakıya səfər ərəfəsində Kosovo yığmasının son məşqində qalmaqal baş verib. 

"Report" "kocha.net" portalına istinadən xəbər verir ki, oyunçular isinmə hərəkətlərinə başlayan kimi media nümayəndələri, oyunçuların ailə üzvləri və yerli azarkeşlər stadiondan çıxarılıb. Halbuki Kosovo Futbol Federasiyası məşqin qapalı keçiriləcəyi ilə bağlı əvvəlcədən heç bir məlumat verməyib. Jurnalistlər, futbolçuların ailə üzvləri və azarkeşlər texniki heyətin bu qərarını narazılıqla qarşılayıb. Xüsusən, oyunçuların qohumları tribunaları sərt reaksiyalar verərək tərk ediblər. Hadisə ilə bağlı Kosovo millisinin texniki heyətindən heç bir açıqlama gəlməyib.

Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Azərbaycan və Kosovo yığmaları arasında keçiriləcək D Liqasının oyunu saat 20:00-da başlayacaq. Rəqib komanda Bakıya bu gün gələcək. 

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər