Azərbaycan məktəblərində mobil telefonlar qadağan oluna bilər

Azərbaycan məktəblərində mobil telefonlar qadağan oluna bilər, Javid

Yeni qanun layihəsinin Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir

Azərbaycanda məktəbəqədər və orta təhsil müəssisələrində mobil rabitə vasitələrinin istifadəsinin qadağan olunması təklif olunub. 

"Report"un məlumatına görə, bununla bağlı yeni hazırlanan “Orta ümumtəhsil məktəbləri haqqında” qanun layihəsində xüsusi bənd, İnzibati Xətalar Məcəlləsində isə əlavələrin edilməsi gözlənilir. 

Yeni qanun layihəsinin hazır olduğu təqdirdə Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılması gözlənilir.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər