Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi istifadəyə verilib

Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi istifadəyə verilib

Məqsəd mərkəzdə göstərilən xidmətlərin effektivliyini təmin etməkdir

Bakucity.az Azərtaca istinadən xəbər verir ki, Energetika Nazirliyi tərəfindən vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili, əhaliyə göstərilən xidmətlərin effektivliyinin artırılması, daxil olan müraciətlərin çevik qəbul edilməsi və icrasının təmin olunması, energetika sahəsinə və nazirliyin səlahiyyətlərinə aid olan məsələlərə operativ baxılması məqsədilə “974” Çağrı Mərkəzi istifadəyə verilib.

Nazirlikdən bildirilib ki, Çağrı Mərkəzinin xidmətlərindən istifadə etmək üçün vətəndaşlar Bakı şəhəri üzrə “974”, bölgələrdən və ölkəmizdə mövcud olan bütün mobil operatorlardan “012 974” nömrəsini yığmaqla zəng edə bilər.

Vətəndaşlar tərəfindən Çağrı Mərkəzi vasitəsilə nazirliyə daxil olan bütün zənglərin, sorğu və müraciətlərin qəbulu və icrası müvafiq qaydada həyata keçiriləcək.

Çağrı Mərkəzi qanunvericilikdə nəzərdə tutulmuş qaydada iş günlərində fasiləsiz olaraq saat 9:00-dan 18:00-dək fəaliyyət göstərəcək.

Vətəndaşlar Çağrı Mərkəzinin fəaliyyəti ilə bağlı irad və təkliflərini [email protected] ünvanına göndərə bilər.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər