Xəzərin yeni flaqman gəmisi - nəhəng “Xankəndi”

"Xankəndi" beynəlxalq standartlara uyğun 10 gəmidən biridir

“Xankəndi” sualtı tikinti gəmisi dünyada ən yüksək beynəlxalq standartlara uyğun şəkildə inşa edilən bu cür mövcud 10 gəmidən biridir. Ən son texniki nailiyyətləri özündə birləşdirən bu sualtı tikinti gəmisi məxsusi olaraq “Şahdəniz-2” layihəsi çərçivəsində Xəzər dənizində ən böyük sualtı hasilat sistemini quraşdırmaq üçün layihələndirilib və inşa edilib. Təxminən 400 milyon ABŞ dolları dəyərində olan və artıq dənizdə, “Şahdəniz” yatağı ərazisində olan Xankəndi gəmisi növbəti 10 il ərzində orada sualtı quraşdırma və tikinti işlərini həyata keçirəcək.

Xəzərdəki neft və qaz donanmasının yeni texnologiyalı ən müasir gəmisi

2014-cü il aprelin 17-də “Bakı Gəmiqayırma Zavodu” MMC sualtı tikinti gəmisinin layihələndirilməsi və tikintisi barədə “Şahdəniz” qaz yatağının işlənilməsi və istismarı üzrə icraçı olan “BP Exploration” MMC ilə dəyəri 400 milyon dollara yaxın olan müqavilə bağlayıb. “Xankəndi” sualtı tikinti gəmisinin iki iri gövdə bölməsi müvafiq müqavilə əsasında Sinqapurda inşa edilərək təhlükəsiz şəkildə Bakıya gətirilib və bu iki hissə Bakı gəmiqayırma zavodunda tikinti-quraşdırma sahəsinə çıxarılaraq inşası başa çatmış burun, yaşayış və idarəetmə blokları ilə birləşdirilib və müvafiq inteqrasiya işləri yerinə yetirildikdən sonra 2016-ci ilin mayında suya salınıb. Bu gəmi xüsusi olaraq nəhəng “Şahdəniz-2” işlənilmə layihəsinin sualtı qurğularını quraşdırmaq üçün inşa edilib.

Bakı gəmiqayırma zavodunun yanalma körpüsündə “Xankəndi” gəmisinin bütün göyərtə avadanlığı - əsas qaldırıcı kran, köməkçi kranlar, o cümlədən helikopter meydançası quraşdırılaraq gəminin bütün sistemləri, avadanlığı və qurğuları tam inteqrasiya edilib, yoxlanılaraq işə salınıb və sazlanıb. İki ay ərzində açıq dənizdə bütün istismar sınaqları uğurla yerinə yetirilib. “Xankəndi” gəmisinin tikintisində ümumilikdə 2 mindən çox insan çalışıb ki, bu işçilərin 75 faizini yerli, 25 faizini isə əcnəbi mütəxəssislər təşkil edib. Gəmi sifarişçiyə təhvil verilmək üçün tam hazır vəziyyətə gətirilib.

DNV GL Norveç və Almaniya təsnifat cəmiyyətinin nəzarəti altında tikilən bu nadir gəminin maksimal sürəti 13,5 knot, uzunluğu 155, eni 32, maksimal suya oturumu 7,5 və əsas göyərtəsinin hündürlüyü 13 metrdir. Gəmi 3,5 metr hündürlüyündə böyük dalğalarda fəaliyyət göstərməsi üçün dinamik mövqeləndirmə sistemi, 600 metrədək sualtı əməliyyatlar aparmaq üçün 900 metrik tonluq əsas kranı, 18 nəfərlik iki dalğıc kapsulu sistemi, məsafədən idarə olunan iki aparatı, möhkəmləndirilmiş avadanlıq endirmə şaxtası və digər zəruri texnikalarla tam təchiz edilib. Sualtı tikinti gəmisinin ümumi çəkisi 17 min 700 tondur və suya oturumu 6,5 metr olmaqla 5 min metrik tondan artıq yükgötürmə qabiliyyətinə malikdir.

175 nəfərlik kayutlarla təchiz olunan bu gəmi indiyə qədər Bakı gəmiqayırma zavodunda icra olunan ən mühüm sifarişdir. Gəmi suyun dərinliyi 550 metrədək olan hissələrdə dünya standartlarına uyğun sualtı qurğular inşa etmək üçün layihələndirilib.

Gəmi 2027-ci ilədək “Şahdəniz-2” layihəsinin sualtı quraşdırma işlərində istifadə ediləcək

“Xankəndi” gəmisi hazırda sahildən təxminən 70 kilometr məsafədə yerləşən “Şahdəniz” yatağının ikinci inkişaf mərhələsi üçün səfərbər olunub. Gəmi 2027-ci ilədək “Şahdəniz-2” layihəsinin sualtı quraşdırma işlərində istifadə olunacaq.

Ötən bir ildə gəmi “Şahdəniz-2” yatağında sualtı qurğuların quraşdırılması işlərini görüb. “Xankəndi”, həmçinin yatağın Şimal cinahında hasilatı dəstəkləyən sualtı texnoloji təchizat kabellərinin quraşdırılmasını bitirib. Səngəçal terminalına aparan sualtı xətlər, quyular, sualtı infrastruktur, “Şahdəniz-2” platforması və terminal ilk dəfə olaraq bir-biri ilə bağlanıb.

“Xankəndi” gəmisinin inşası Azərbaycanın iqtisadi və sənaye potensialının gücləndirilməsi istiqamətində növbəti addımdır. Gəmi təkcə Azərbaycanın deyil, bütövlükdə Xəzərin gəmiçilik tarixində yeni eranın başlanğıcıdır. “Xankəndi” Xəzər dənizindəki neft və qaz donanmasının yeni texnologiyalı ən müasir gəmisidir.

Xatırladaq ki, BP şirkətinin sifarişi ilə “Şahdəniz-2” layihəsi çərçivəsində Bakı gəmiqayırma zavodunda inşa edilən “Xankəndi” sualtı tikinti gəmisinin ötən il sentyabrın 6-da Prezident İlham Əliyevin iştirakı ilə təqdimat mərasimi keçirilib.

Azərtac

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Mədəniyyət
“British Council” Bakı sakinlərini növbəti dəfə Birləşmiş Krallığın film dünyasına dəvət edir. Bakucity.az xəbər verir ki, Böyük Britaniyanın ölkəmizdəki səfirliyi və “British Council” nümayəndəliyinin təşkilati dəstəyi ilə “Park Cinema” kinoteatrlar şəbəkəsində “Britaniya kinosunun baharı” adlı beşinci festivala start verilib.  Böyük Britaniyanın ən populyar, həyəcan verici və yeni  filmləri Bakı sakinlərinə təqdim olunacaq. “Britaniya film baharı”nı 2019...
Hadisələr
Silahlı atışmaya görə daha iki nəfər saxlanılıb. Bakucity.az xəbər verir ki, biznesmen oğlu İsa Əzizovla “razborka”da iştirak edən və kriminal aləmə yaxın şəxslər olan Elçin Sadıq və Yasin Əhmədov tutulub. Onlar hadisə yerindən qaçdıqları üçün bir neçə gündür axtarılırdı. Xatırladaq ki, “Ramal” Ticarət Mərkəzinin rəhbəri Nadir Əzizovun oğlu İsa Əzizov həmin “razborka”da qarşı tərəfə “Vinçester” markalı silahdan atəş açıb. Atəş hədəfə dəymədiyi üçün yaralan...
Hadisələr
Sabunçuda qadın naməlum şəraitdə bıçaqlanıb.  Bakucity.az  xəbər verir ki, hadisə rayonun Zabrat qəsəbəsində baş verib. Belə ki, 1986-ci il təvəllüdlü Həsənova Mahnur Bəxtiyar qızı yaşadığı evdə naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. Bakucity.az
Hadisələr
Mənzillə bağlı mübahisə dava ilə nəticələnib.  Bakucity.az xəbər verir ki, hadisə Nərimanov rayonu Rufulla Axundov küçəsində yerləşən mənzildə qeydə alınıb.  1966-cı il təvəllüdlü Məhbubə Əkbərova qızı Arzu Əkbərova tərəfindən döyülüb.  Məlum olub ki, M.Əkbərovanın biri qız, bir oğlan olmaqla əkiz övladı var. O, illər öncə itkin düşən əkizlərinin tapılması üçün polisə müraciət edib. 2015-ci ildə axtarış nəticəsində qızı A,Əkbərova tapılıb. M.Əkbərova 2017-...
Mədəniyyət
“Jara”nın “Instagram” hesabında məlumat paylaşılıb. Bakucity.az xəbər verir ki, Xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə keçiriləcək “Jara-2019” beynəlxalq musiqi mərasimində iştirak edəcək Azərbaycan müğənnilərinin adları açıqlanıb. 25-28 iyul tarixlərində keçiriləcək festivalda ötən gecə “Avroviziya-2019”da uğurla ölkəmizi təmsil edib, finala vəsiqə qazanan müğənni Çingiz Mustafayev iştirak edəcək. Qeyd edək ki, “Jara-2019”da Xalq artistləri Aygün...
Hadisələr
Qayda pozuntusunun görüntüləri yayılıb.  Bakucity.az xəbər verir ki, Bakıda yol polisinə məxsus “99-YP-394” dövlət nömrə nişanlı “BMW" markalı avtomobil hərəkətdə olarkən bir neçə yol hərəkəti qaydasını pozub.  Belə ki, YPX avtomobili Badamdar şosesinin Mətbuat prospekti ilə kəsişməsində yerləşən dairədə nişanın tələblərinə məhəl qoymayıb. Daha sonra yol polisi qoşa xəttin tələblərini də kobud şəkildə pozaraq, qarşı yola çıxıb.  Bundan başqa, manevrlər edə...
Mədəniyyət
Bakı küçələrindən biri onun adını daşıyacaq.  Bakucity.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Məlikovun xatirəsini əbədiləşdirmək məqsədilə sərəncam imzalayıb.  Sərəncama əsasən, Bakı şəhər İcra Hakimiyyəti Fəxri Xiyabanda Arif Məlikovun qəbirüstü abidəsinin qoyulmasını təmin edəcək.  Bakı şəhərindəki küçələrdən birinə Arif Məlikovun adı veriləcək.  Mədəniyyət Nazirliyi Bakı şəhər İc...
Hadisələr
Qaradağ rayonunda avtomobildən silah-sursat aşkarlanıb. Bakucity.az xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsinə Ucar rayon sakini P.Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobildə silah-sursat olduğu haqda məlumat daxil olub. Daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirilib. Nəticəsində avtomobildən “Mİ 1911 Aİ Asak” markalı tapança, 1 ədəd patron darağı, 10 ədəd patron, 2 ədəd bıçaq və 1 ədəd balta aşkar edilərək götürülüb. Fakt...
Ekologiya
Paytaxtda sabaha olan hava proqnozu açıqlanıb. Bakucity.az xəbər verir ki, Bakı və Abşeron yarımadasında mayın 18-də hava yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 16-19, gündüz 24-28, Bakıda gecə 16-18, gündüz 24-26 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.   Bakucity.az