Bakıda “Azərbaycan Rəqabətlilik Forumu 2018” keçirilib

Forum çərçivəsində Azərbaycanın əlverişli biznes mühiti müzakirə olunub

Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf üzrə İş Şurası (BCIU) və Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Rəqabətlilik Forumu 2018” keçirilib.

Forumda Azərbaycan və ABŞ-ın dövlət rəsmiləri ilə yanaşı, beynəlxalq təşkilatlar və özəl sektorun nümayəndələri iştirak edib. Forum çərçivəsində əsasən Azərbaycanın əlverişli biznes mühiti, biznes və investisiyaların cəlb olunması üçün atılan addımlar, maliyyə, maliyyə sektoru üzrə perspektivlər, eləcə də, enerji, infrastruktur, vergi, kənd təsərrüfatına aid bir sıra məsələlər müzakirə olunub.

Forumun moderatoru, Beynəlxalq İnkişaf üzrə İş Şurasının (BCIU) vitse – prezidenti Cefri Donald Azərbaycanda belə bir miqyasda tədbirin keçirilməsini beynəlxalq ticarət və işgüzar əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli hesab edib. İştirakçıları salamladıqdan sonra C.Donald açılış üçün sözü Baş nazirin birinci müavini Yaqub Eyyubova verib.

Y.Eyyubov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycanda iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı istiqamətində çoxşaxəli islahatlar həyata keçirilib. Xüsusən də iqtisadiyyatın diversifikasiyası, qeyri-neft ixracının artırılması üzrə kompleks tədbirlər görülüb, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, qeyri-neft sektorunun stimullaşdırılması, dövlət tərəfindən kiçik və orta sahibkarlığın dəstəklənməsi məsələləri diqqət mərkəzində saxlanılıb. Bütün bu islahatlar nəticəsində Azərbaycan son illər dünyanın ən sürətli və dayanıqlı inkişaf edən ölkəsinə çevrilib. Baş nazirin birinci müavini həmçinin bildirib ki, Prezidentin göstərişi ilə qəbul edilən qərarların yüksək səviyyədə icrası sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyinin təmin olunması, rəqabət prinsiplərinə əsaslanan biznes mühitinin yaradılması, ölkənin investisiya cəlbediciliyinin artırılması, qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi sahəsində mühüm islahatların həyata keçirilməsinə imkan verib və bu amillər beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşmasına səbəb olub.

Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı çıxış edib. Prezident İlham Əliyevin iqtisadi islahatlar kursunun ölkənin biomüxtəlifliyi və multikulturalizmi əsasında iqtisadiyyatın diversifikasiyası üçün geniş imkanların açdığını deyən V.Qasımlı əlavə edib ki, əlverişli biznes mühiti və infrastruktur, makroiqtisadi sabitlik, dövlət dəstəyi, yeni iqtisadi artım nöqtələrinin müəyyənləşməsi, iqtisadiyyatın proqnozlaşdırılma səviyyəsinin artması, həmçinin bazarlara yaxınlıq xarici sərmayənin cəlbi üçün münbit zəmindir: “Azərbaycandan dünya istehlakçılarının yarısını əhatə edən 50 ölkəyə uçuş 4 saat civarındadır. Azərbaycanın 270 milyonluq və 1,6 trilyon dollarlıq ÜDM-ə malik bazarlara azad ticarət sazişləri ilə çıxışı var. Bu günlərdə “The Economist Intelligence Unit”in dərc etdirdiyi “Qlobal Yaşam İndeksi Hesabatı”nda Bakı dünyanın yaşam şərtləri yüksək olan şəhərləri sırasına daxil edilmişdir. “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizləri üzərində şaxələnmiş nəqliyyat-logistika infrastrukturu, ölkəmizin inteqrasiyasına yeni imkanlar açır. MDB-də ən rəqabətədavamlı iqtisadiyyatı quran Azərbaycan dünyada m-rezidentlik təklif edən ilk və e-rezidentlik təqdim edən ikinci ölkədir. Bütün deyilənlər Azərbaycana xarici sərmayə cəlbini sürətləndirir. “Azərbaycan Rəqabətlilik Forumu 2018” hökümət və ABŞ biznes dairələri arasında davamlı iqtisadi inkişafı təmin edəcək sərmayə qoyuluşunun artırılması üçün yeni imkanlar açır. ABŞ Prezidenti Eisenhover tərəfindən Ağ Evin təşəbbüsü kimi qurulan Beynəlxalq İnkişaf üzrə İş Şurası (BCIU) bir çoxu “Fortune 500”-ə daxil olan 200 üzv şirkətə malikdir. Belə bir qurumun “Azərbaycan Rəqabətlilik Forumu”nu dəstəkləməsi ölkəmizin biznes mühitinə və iqtisadi siyasətə olan böyük etimadın göstəricisidir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və BCİU arasında imzalanan Anlaşma Memorandumu Azərbaycan-ABŞ iqtisadi əlaqələrinə töhfə olmaqla, ölkəmizə xarici sərmayə qoyuluşu, yeni texnologiyların tətbiqi, iş yerlərinin açılması və bütövlükdə rəqabət qabiliyyətinin güclənməsi deməkdir”.

ABŞ Dövlət Departamentinin İqtisadi və Ticarət İşləri üzrə köməkçisinin birinci müavini Brain McFeeters çıxışında Azərbaycan Rəqabətlilik Forumunun məqsədləri barədə danışıb, ABŞ şirkətlərini Azərbaycan üzrə planlarına dair məlumatları bölüşməyə dəvət edib.

Bundan sonra müzakirələr müxtəlif sessiyalar üzrə davam edib

Trend.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

İdman
Bakıda budo üzrə beynəlxalq turnir keçiriləcək.  Bakucity.az  xəbər verir ki, mayın 2-6-da Bakı İdman Sarayında keçiriləcək yarış ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunub. Turnir Gənclər və İdman Nazirliyinin və Azərbaycan Budo Döyüş Növləri Federasiyasının birgə təşəbbüsü ilə təşkil ediləcək. Turnirdə Azərbaycan, Pakistan, İraq, Əfqanistan, İran, Gürcüstan, Özbəkistan, Zimbabve, Türkiyə, Kipr, Rusiya, Banqladeş və Hindistandan olan 600-ə yax...
Cəmiyyət
Bakıda avtobusda maraqlı anlar yaşanıb. Bakucity.az  xəbər verir ki, hindli cütlük evlilik ildönümlərini 170 nömrəli marşrut xətti ilə hərəkət edən avtobusda qeyd ediblər.  Qulati və Ayan cütlüyünün romantik bəzədilmiş avtobusdakı görüntüləri izlənmə rekordu qırıb. (Oxu.az) Bakucity.az
Hadisələr
Bakıda vətəndaşın evi yanıb. Bakucity.az xəbər verir ki, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin eyvanında ev əşyaları 5 m² sahədə yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Qeyd edək ki, bu barədə Fövqəladı Hallar (FHN) nazirliyi məlumat yayıb. Bakucity.az
Cəmiyyət
Müsabiqə "İdeyadan Biznesə" layihəsi çərçivəsində keçirilir Bakucity.az xəbər verir ki, ADA Universitetində aprelin 18-dən başlayan startap marafonunda 10-dək ali təhsil məktəbinin startap komandası öz layihələrini münsiflər heyəti qarşısında təqdim edəcəklər.  Müsabiqədə Bakı Dövlət, Azərbaycan Texniki, Azərbaycan Memarlıq və İnşaat, Azərbaycan Dövlət Neft və Sənaye, Bakı Mühəndislik, ADA, Tibb və Qərbi Kaspi universitetlərinin, Bakı  Ali Neft Məktəbinin...
Hadisələr
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Bakucity.az xəbər verir ki, hadisə Binqədi qəsəbəsində baş verib. Belə ki, qadın sürücü idarə etdiyi “Kia” markalı avtomobil ilə 133 nömrəli avtobusun dayancağında dayanan 2003-cü il təvəllüdlü Səmədov Əli Ceyhun oğlu və 2002-ci il təvəllüdlü Bayramov Vüsal Ramiz oğlunu vurub. Yaralıların hər ikisi 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlardan Ə.Səmədovun vəziyyəti həkimlər tərəfindən ağır kimi qiymətlə...
İdman
Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Bakucity.az xəbər verir ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununun daha bir səfiri müəyyənləşib. Bu, rusiyalı məşhur futbolçu,Rusiya milli komandasının heyətində 50-dən çox oyun keçirmiş Aleksandr Səmədovdur. O, UEFA Avropa Liqası 2019-un final oyunun səfiri kimi aprelin 20-21-də Moskvada keçiriləcək UEFA Avropa Liqasının “KİA Kubok Turu”nda iştirak edəcək. Bakucity.az
Biznes
Bu gün Bakıda İran Ticarət Mərkəzinin açılışı olub. Bakucity.az xəbər verir ki, mərkəzin açılış mərasimində İranın sənaye, mədən və ticarət naziri Reza Rəhmani, Azərbaycanın iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov iştirak ediblər. "İran Ticarət Mərkəzinin açılmasında əsas məqsəd iranlı biznes və iş adamlarının Azərbaycanda sərmayə qoyuluşuna cəlb etməkdir". İran-Azərbaycan Palatasının sədri Hüseyn Pirmüəzzin belə deyib. Bakıda və Azərbaycanın digər r...
Cəmiyyət
Bakıda "Açıq mikrofon” praktikası geniş sürətdə həyata keçirilir. Bakucity.az xəbər verir ki, bu görüşlərin əsas məqsəd əhali ilə sıx təmasda olmaq, onların problemlərin və suallarını dinləmək və bu problemləri operativ şəkildə aradan qaldırmaqdan ibarətdir. Növbəti belə səyyar görüş rayon rəhbərliyi, kommunal strukturların, idarə, müəssisə və təşkilatların rəhbərlərinin iştirakı ilə rayonunun 6-cı mikrorayonda Svetlana Məmmədova küçəsində yerləşən, 600 nə...
Ekologiya
Bakıda 4 ağacı kəsən şəxs 2960 manat cərimədilib. Bakucity.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, Yasamal rayonu A.Abbasov küçəsi 78 ünvanında köküstə yaş müxtəlif cinsli 4 ağacın kəsildiyi aşkar edilib. Ağacları kəsən şəxsin Sabunçu rayon sakini Rövşən Əkbərov olduğu müəyyən olunub.  Faktla bağlı təqsirkar barəsində akt, protokol tərtib edilib. O, 2960 manat məbləğində cərimə olunub.  Bakucity.az