Türkiyə istehsalı olan "Milyonluq Quş" filminin qala gecəsi oktyabrın 3-ü Bakıda keçiriləcək.
Sözügedən filmdə baş rolları Ufuk Özkan, Müşviq Şahverdiyev, Mehtap Bayri, Dilarə Əliyeva, Gökçe Özyol və digərləri bölüşüb.
Filmin montajını Türkiyədə "İşler Güçler", "Ay Lav Yu Tuu", "Çalgı Çengi", "Kardeş Payı" kimi bir çox ekran işinin montajçısı Aykut Yıldırım edib. Filmin post prodakşn işləri isə İstanbulda "London Post"da olunub. Filmin rənglənməsini məşhur türkiyəli kolorist Cenk Erol edib.