Bakıda keçiriləcək çempionatda Finlandiyanı neçə idmançı təmsil edəcək?

Bakıda keçiriləcək çempionatda Finlandiyanı neçə idmançı təmsil edəcək?

Komandanın heyəti açıqlanıb

Finlandiya millisinin Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı üçün heyəti açıqlanıb.

AZƏRTAC xəbər verir ki, Bakı mundialında 4 finlandiyalı cüdoçu tatami üzərinə çıxacaq.

Məşqçilər korpusu dünya çempionatında kişilərin yarışında Aatu Laamanen və Jaakko Alliyə (hər ikisi 90 kq) şans verəcək.

Qadınların mübarizəsində isə Katri Kakko (52 kq) və Emilia Kanerva (63 kq) birincilik uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı sentyabrın 20-dən 27-dək Bakıda keçiriləcək.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər