Bakıda növbəti velosiped yarışı keçiriləcək

Bakıda  növbəti velosiped yarışı keçiriləcək

Yarışda autizmli yeniyetmə və gənclər iştirak edəcək

Yarış Bakıda Sentyabrın 11-də saat 16:00-da Autizmlilərin İdman Klubları (AİK) autizmli uşaq, yeniyetmə və gənclər arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş velosiped yarışı keçirəcək.

AİK-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ağ Şəhər Dənizkənarı Milli Parkda baş tutacaq velosiped yarışı Azərbaycan Respublikası Velosiped İdmanı Federasiyasının (AzVİF), Respublika Olimpiya Velosiped Məktəbi, BrendSport.az saytının təşkilatçılığı və AİK İctimai Birliyinin birgə təşəbbüsü ilə həyata keçiriləcək.

İdmanın bu növü Autizmlilərin həyatında mühüm rol oynayır.

Velosiped yarışının keçirilməsində məqsəd, bu idman nönünün təbliği, həm də klublar arasında daha güclü idmançıları ortaya çıxarmaqdır.

Yarış və konsert proqramında hər kəs iştirak edə bilər.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər