Hadisə Nəsimi rayonunda qeydə alınıb
Bakucity.az-ın FHN-ə istinadən verdiyi məlumata əsasən, şəhərin Nəsimi rayonunda ümumi sahəsi 162 m2 olan tikilinin yanar konstruksiyaları və ümumi sahəsi 82 m2 olan birmərtəbəli 3 otaqlı mansarda tipli evin mansardası 82 m2 sahədə yanıb. Yüksək temperaturdan evin lambirdən ibarət tavanı 10 m2 sahədə qarsalanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.